SƏTƏM üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Müasir tipli Peşə Təhsili Mərkəzi SƏTƏM üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyinə nəzarət etməsi;
  • İstehsalatda zədələnmə səbəblərinin analizı və qarşısını almaq üçün tədbirlər hazırlamalı və onların həyata keçirilməsini təşkil etməsi;
  • İş yerlərində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak etməsi;
  • İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanmasını təşkil etməsi;
  • Müvafiq nümayəndələr ilə birlikdə binaların, tikililərin, maşın və mexanizmlərin, qurğuların, işçilərin kollektiv və fərdi mühafizə vasitələrinin, sanitar-texniki qurğuların vəziyyətini və ventillyasiya sistemlərinin əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ətraf mühitin mühafizəsinin tələblərinə uyğunluğunun yoxlanılması;
  • Struktur bölmələrində, istehsalatda ətraf mühitin çirkləndirilməsinin qarşısını almaqda tədbirlərin görülməsində iştirak etməsi;
  • Təxliyyə planının hazırlanmasında iştirak edilməsi və işçilərə bu barədə təlimat keçirilməsi;
  • Müəssisədaxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsi;
  • Əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımınca icra edilməsi və onların pozulmasına yol verilməməsi;
  • Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim edilməsi;
  • Birbaşa rəhbərinin konkret tapşırıq və sərəncamlarının yerinə yetirilməsi;
  • İşə götürülənlərlə giriş təlimatı aparmalı və işçilərə əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasına köməklik etməsi;
  • Qulluqçuların və mühəndis texniki işçilərin əməyin mühafizəsi və təhlükəsizlik təlimatı üzrə biliklərinin yoxlanılmasında iştirak etməsi;
  • SƏTƏMM üzrə təlimatların işlənib hazırlanmasında iştirak etməsi;
  • İstehsalatda bədbəxt hadisələrin araşdırılmasında iştirak etməsi;
  • İşçilərin sağlamlığına təhlükə yarada bilən fəaliyyət növlərini saxlatdırması;
  • Potensial təhlükə mənbəyi olan iş metodlar, proseslər, və ya materiallar üzrə işçilərin mühafizəsinə yönəldilmiş tədbirləri məsləhət görməsi;
  • İş şəraitini, avadanlıqları, və təcrübələri təhlükəsizlik standartlarına və dövlətin tələblərinə uyğunluğunu təmin etmək məqsədi ilə onları təftiş etməsi və qiymətləndirməsi. Keyfiyyət üzrə dövri qiymətləndirmələr və özünü qiymətləndirmə sistemləri hazırlamaq.

Bilməlidir:

  • Azərbaycan Respublikasının qanunlarını;
  • Müvafiq sahə üzrə beynəlxalq standartları;
  • Əməyin təşkilinin əsaslarını;
  • Daxili əmək intizamı qaydalarını;
  • Əmək qanunvericiliyinin əsaslarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını

Tələblər:

  • Ali təhsil, müvafiq sahə üzrə ən azı 5 il iş təcrübəsi;
  • SƏTƏMM mühəndisliyi üzrə sertifikatı olmalıdır;
  • Ms Office proqramında yüksək səviyyədə işləmək bacarığının olması;
  • Azərbaycan dili mükəmməl, İngilis dili və rus dilini orta üst səviyyədə bilməlidir.

Əmək şəraiti:

  • İş saatları: 1-5 günlər saat 09:00-18:00
  • Əmək qanunvericiliyinin bütün tələblərinin icrası
  • Əmək haqqı 1 000 (Bir min) manat

Maraqlı olanlar CV-ni “SƏTƏMM üzrə mütəxəssis” başlığı ilə office@universitasinternational.com ünvanına göndərə bilər.

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...