SƏTƏM üzrə mütəxəssis (Sumqayıt)
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

MKT IK MMC SƏTƏM üzrə mütəxəssis (Sumqayıt) vəzifəsi üzrə vakansiya elan edir.

Vakansiyaya müraciət üçün CV-ləri rashad.yagubov@mktcotton.com email adresinə göndərə bilərlər.

Təsvir:

  • Müəssisənin işçiləri tərəfindən əməyin mühafizəsi üzrə qanunvericilik və digər normativ hüquqi aktlara əməl edilməsinə nəzarət;
  • İşçilərin əməyin mühafizəsinə dair təlimatların işlənib hazırlanması və tətbiqi;
  • Təlimatların keçirilməsi və jurnallarının imzalanmasına nəzarət;
  • Əməyin mühafizəsinə dair İllik Tədbirlər planının yerinə yetirilməsinə nəzarət;
  • Filiallarda olan Əməyin mühafizəsi işçilərinə verilmiş tapşırıqların icrasına nəzarət;
  • İşçilərin şikayət və təkliflərinin qeydiyyatını aparmaq və tabe olduğu şəxsə təqdim etmək;
  • Aylıq hesabatın hazırlanması və tabe olduğu şəxsə təqdim edilməsi;
  • İş şəraitində riskləri qiymətləndirmək və müvafiq tədbirlərin görülməsində iştirak etmək;
  • Baş vermiş iş qəzalarının səbəblərinin təhlili üçün lazımi məlumatları toplamaq;
  • Əməyin mühafizəsinə dair illik tədbirlər planı hazırlamaq və razılaşdırmaq.

Tələblər:

  • Ali təhsil (Tenxniki və mühəndislik ixtisaslarına üstünlük verilir
  • Azərbaycan dilini səlis bilməli; Rus və ingilis dilini bilənlərə üstünlük verilir;
  • SƏTƏMM və ya əməyin təhlükəsizliyi üzrə ən azı 3 il iş təcrübəsinin olması;
  • SƏTƏMM üzrə tələb olunan uyğun sertifikatların olması;
  • Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı;
  • Office proqlamları (Word, Excell, Power point) əla bilmək
  • İş qrafiki: 5 günlük, 09:00-18:00
  • İş yeri: Sumqayıt, Giltex MMC

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan