Qısa məzmun
Foton SƏTƏM üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir.
Nə təklif edirik?
- Bazar rəqabətinə uyğun əmək haqqı;
- Könüllü tibbi siğorta; (ailə paketi)
- “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük;
- Peşəkar komanda ilə işləmək fürsəti;
- İşçinin inkişafı üçün təlim, tədris proqramları.
İşin təsnifatı:
- SƏTƏMM üzrə təlimlərin siyahısının hazırlanması, planlanması, təşkili və icrası;
- Təmir-tikinti işləri üzrə SƏTƏMM təlimlərinin təşkili və keçirilməsini təmin etmək;
- Şirkət daxilində Sağlamlıq və Əməyin Təhlükəsizliyi Sisteminin qurulması və işlərin icraatı zamanı bu sahədə yoxlamaların təşkili;
- SƏTƏMM üzrə illik fəaliyyət planlarının işlənib hazırlanması və həyata keçirilməsi;
- SƏTƏMM üzrə illik məqsədlərin və hədəflərin qoyulması və həyata keçirilməsi;
- Fövqəladə hallarda fəaliyyət planının işlənib hazırlanması;
- Xəsarətlər və hadisələr zamanı onların baş vermə səbəblərinin araşdırılması, onların qeydiyyatı və aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsinə nəzarətin təşkili;
- Risklərin qiymətləndirilməsi ilə bağlı işlərin həyata keçirilməsi;
- SƏTƏMM təlim ehtiyaclarını müəyyənləşdirmək;
- Struktur bölümlərdə vaxtaşırı təlimatlandırmaların keçirilməsi, təlimat jurnallarını yoxlamaq;
- İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyinə nəzarət etməsi;
- İş yerində zədələnmə səbəblərinin analizi və qarşısını almaq üçün tədbirlər hazırlamalı və onların həyata keçirilməsini təşkil etməsi;
- Müvafiq şöbələrin nümayəndələri ilə birlikdə binaların, tikililərin, maşın və mexanizmlərin, qurğuların, işçilərin kollektiv və fərdi mühafizə vasitələrinin, sanitar-texniki qurğuların vəziyyətini və ventillyasiya sistemlərinin əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ətraf mühitin mühafizəsinin tələblərinə uyğunluğunun yoxlanılması;
- Təxliyyə planının hazırlanmasında iştirak edilməsi və işçilərə bu barədə təlimat keçirilməsi;
- Müəssisədaxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsi;
- İş şəraitini, avadanlıqları yerli qanunvericiliyin tələblərinə uyğunluğunu təmin etmək məqsədi ilə onları təftiş etməsi və qiymətləndirməsi;
- Həftəlik, aylıq keçirilmiş təlimlər və biliklərin yoxlanılması ilə bağlı şöbə müdirinə hesabat vermək.
Tələblər:
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Ali təhsil;
- Azərbaycan dili (mükəmməl);
- İngilis və Rus dilləri yaxşı;
- Microsoft Office (Word/Excel/PowerPoint)
- Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, təlim keçmə bacarığı, şəxsi və peşəkar inkişaf, hesabat yazma səriştəsi;
- Mükəmməl nitq və auditoriyanı ələ almaq qabiliyyəti;
- Azərbaycan Respublikasının qanunvericiliyini (Əmək Məcəlləsi, Nazirlər Kabinetinin qəbul etdiyi Qərarlar, SƏTƏMM sahəsində təsdiq edilmiş AR-nin Qanunları, normativlər və standartlar, habelə Azərbaycan Respublikasının qoşulduğu və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələr) bilməli;
- Yanğın təhlükəsizliyi ilə bağlı mükəmməl biliklərə sahib olmalı;
- İOSH Working Safely sertifikatı (üstünlükdür).
İş şəraiti:
- İş rejimi: 5 günlük
- İş yeri: Şamaxı şəhəri
- İşçi yaşayış yeri, qidalanma və telefon danışığı ilə təmin edilir.
CV-lərinizi “SƏTƏMM üzrə mühəndis” başlığı altında e-mail ünvanına göndərə bilərsiniz.
Oxşar vakansiya siyahısı:
Memarlıq üzrə təcrübəçi
PASHA Property Management Memarlıq üzrə təcrübəçi üzrə vakansiya elan edir. ...
1500₼
Laçın ərazisi üzrə koordinatorAznet technologies QSC Laçın ərazisi üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...