SƏTƏM üzrə menecer
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Tuk-Tuk SƏTƏM üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir. Məsuliyyətli, ünsiyyətcil və aktiv olmalıdır.

İş barədə məlumat:

  • İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyinə nəzarət edilməsi, giriş təlimatlarının aparılması və bu barədə rəhbərliyə, işçilərə məlumat verilməsi və əməl edilməsinə nəzarət edilməsi;
  • İş şəraiti, avadanlıqlar, işin təhlükəsizlik standartlarına və qanunun tələblərinə uyğunluğunun təmin edilməsi;
  • SƏTƏM üzrə illik fəaliyyət planlarının işlənib hazırlanması və həyata keçirilməsinə nəzarət edilməsi;
  • Əməyin mühafizəsi üzrə qanunvericilik və digər normativ hüquqi aktların tələblərinə uyğunluğu qiymətləndirmək məqsədi ilə dövrü qiymətləndirilmələrin aparılmasında iştirak edilməsi;
  • İş yerlərində proses və avadanlıqla əlaqədar təhlükələrin təyin edilməsi, risklərin qiymətləndirilməsi, zəruri tədbirlərin alınmasında iştirak edilməsi və alınan tədbirlərə əməl olunmasına nəzarət edilməsi;
  • Müəssissədə baş verə biləcək bədbəxt hadisələrin qarşısını alınması məqsədilə həyata keçirilən profilaktik tədbirlərin hazırlanması və onlara nəzarət edilməsi;
  • Xəsarətlər və hadisələr zamanı onların baş vermə səbəblərinin araşdırılması, onların qeydiyyatı və aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsi;
  • Gündəlik olaraq şöbə və sahə yoxlamalarının aparılması , uyğunsuzluqların aşkar edilməsi, aradan qaldırılması istiqamətində tədbirlərin görülməsi;
  • Fövqəladə hallarda fəaliyyət planının işlənib hazırlanması;
  • Görülən işlər barədə rəhbərliyə hesabatların verilməsi.

Namizədə olan tələblər:

  • Ali təhsil;
  • Azərbaycan dilində əla yazmaq, oxumaq və fikrini ifadə etmək qabiliyyəti olmalı;
  • SƏTƏM və ya əməyin təhlükəsizliyi üzrə ən azı 3 illik iş təcrübəsi;
  • Microsoft Office proqramlarında sərbəst işləmə bacarığı;
  • Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı;
  • Məsuliyyətli, ünsiyyətcil və aktiv olmalıdır

Maraqlanan şəxslər CV-ni cv@tuk-tuk.az mail ünvanına, mövzu bölməsində “SƏTƏM Üzrə Menecer” qeyd etməklə göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı