SƏTƏM üzrə kiçik mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Mars Overseas Baku LTD SƏTƏM üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Namizədin vəzifə öhdəlikləri:

  • Təhlükəsizliyin yoxlanılması və risk qiymətləndirmələrin aparılması;
  • Şirkətin risk qiymətləndirmələrini, təhlükəsizlik əməliyyat prosedurlarını və təhlükəsizlik tələblərini mütəmadi nəzərdən keçirmək və yeniləmək;
  • Bütün yeni işçilər və subpodratçılar üçün təhlükəsizlik təlim-tədrisinin aparılması və jurnalda qeydiyyata alınması
  • Qəzalar, hadisələr barəsində araşdırma aparmaq, qeydlər etmək və dərhal məlumat vermək;
  • İşçilərə təhlükəsizlik siyasətinin əhəmiyyətini bildirmək və ona əməl olunmasına nəzarət etmək;
  • Təhlükəsizliyə dair yeni və davamlı təlim tələblərini müəyyənləşdirmək, bütün təlimlərin vaxtında nəzərdən keçirilməsinə və təmin edilməsinə nəzarət etmək;
  • Hər bir şöbədən SƏTƏM statistikasının toplanması, təşkili və SƏTƏM rəhbərinə birbaşa hesabat verilməsi.

Namizədə tələblər:

  • Ali və ya orta texniki təhsil;
  • 1-3 ilədək uyğun sahədə iş təcrübəsi
  • Azərbaycan dili mükəmməl, İngilis və Rus dili üstünlükdü
  • FHN şəhadətnamə və müvafiq SƏTƏM üzrə sertifikatlar
  • MS Office yaxşı istifadəçi bacarığı

İş rejimi:

  • İş yeri Sulutəpə qəsəbəsi (Pepsi zavodu)
  • İş günləri – həftənin 5 günü
  • İş qrafiki – 08:00 – 17:00

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını “SƏTƏM üzrə kiçik mütəxəssis ” qeyd etməklə göndərə bilərsiniz

Oxşar vakansiya siyahısı:

500 — 600 ₼
Ofis meneceri

AGRO - WEST DC LLC Ofis meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Agro-West DC LLC

13.06.2024 - Bakı