SƏTƏM üzrə texnik
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

SOCAR Downstream Management şirkəti Sətəmm üzrə texnik vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifənin təsviri:

SƏTƏMM üzrə texnik əməliyyat qrupları ilə birlikdə fəaliyyət göstərərək ən yüksək SƏTƏMM standartlarına nail olunmasına,onların qorunub saxlanılmasına və iş sahələrində SƏTƏMM dəstəyi və nəzarətinin təmin edilməsinə məsuliyyət daşıyır. Bundan əlavə SƏTƏMM texniki SƏTƏMM qrupuna dəstək olmaq üçün bütün digər SƏTƏMM problemlərinin araşdırılması və həllində fəal iştirak etməlidir.

Əsas vəzifə öhdəlikləri:

SƏTƏMM mədəniyyətini güclü və aktiv şəkildə təşviq etmək.

Aşağıdakı üsullarla bütün iş sahələrində Şirkətin SƏTƏMM mədəniyyətini təşviq etmək və mümkün yüksək səviyyədə qorunub saxlanılmasını təmin etmək:

  • SƏTƏMM ilə bağlı məsələlərdə bütün işçilər ilə fəal qarşılıqlı əməkdaşlıq
  • İdarəetmə və təkmilləşdirmə vasitələri ilə bağlı bütün işçilər və şöbələr arasında açıq dialoqun təşviqi
  • SƏTƏMM ilə bağlı görüşlərdə və yoxlamalarda iştirak və onlara töhfə verilməsi
  • Şirkətin işə nəzarət prosesləri və təhlükəsiz iş təcrübələrinin fəal şəkildə təşviqi
  • Mövcud və yeni işçilərin və heyətin şirkətin SƏTƏMM siyasətləri və prosedurları ilə tanış edilməsi

SƏTƏMM xidmətlərini təmin etmək:

  • SƏTƏMM üzrə yerli qanunvericilik, zəruri hallarda şirkətin prosedurlarının və siyasətlərinin ISO 45001:2018, 14001:2015 9001:2015 və digər beynəlxalq standartların tələblərinə uyğunluğunun təmin edilməsi.
  • Rəhbər heyət tərəfindən müəyyən edilən qaydada Şirkətin SƏTƏMM siyasətinin tələblərinə əməl edilməsi
  • Səmərəlilik tendensiyalarının müəyyən edilməsində SƏTƏMM menecerinə kömək etmək üçün məlumatlar bazasının monitorinqi
  • SƏTƏMM üçün tələb olunan hər hansı hesabat və materialların tərtib və təqdim  olunması.
  • SƏTƏMM Mədəniyyətinin həyata keçirilməsini təmin etmək üçün SƏTƏMM Qrupuna dəstək göstərilməsi
  • SƏTƏMM məlumatları və qeydlərinin asanlıqla əldə oluna bilməsi üçün onların səmərəli idarə olunması
  • Avadanlıqların (qaz detektorları, səs ölçən və alkotestr və s. cihazlar) saz vəziyyətdə olmasının yoxlanması
  • Bütün sahələrdə daxili auditlərin aparılması
  • Tələb üzrə işdən öncə təlimat, daxili təlimlərin təmin edilməsi
  • İş sahələrinə tapşırıqların təhlükəsiz idarə edilməsi, işə nəzarət sistemlərinin tətbiqi və bütün təhlükəsiz iş prinsiplərinin təmin edilməsində dəstək göstərilməsi
  • Rəhbərliyin təlimatlarına əsasən digər işlərin yerinə yetirilməsində köməklik göstərilməsi

Minimum ixtisas göstəriciləri:

  • Bakalavr elmi dərəcəsinin və/və ya Beynəlxalq Təhlükəsizlik Sertifikatlarının olması arzuolunandır
  • Əməyin mühafizəsi və təhlükəsizliyi prinsiplərinin başa düşülməsi daxil olmaqla müvafiq praktiki təcrübə
  • ISO 45001:2018, 14001:2015 9001:2015
  • Xüsusilə SƏTƏMM standartlarına əməl olunması ilə bağlı güclü, aydın kommunikasiya bacarıqları

Son müraciət tarixi: 01 sentyabr 2022

Müraciət üçün uyğun namizədlərdən CV-lərini  “mövzu” hissəsində vakansiyanın adını “SƏTƏMM üzrə texnik” yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...