SƏTƏM Meneceri (Neftçala)
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Qaraqaşlı Broyler ASC SƏTƏM Meneceri (Neftçala) vəzifəsi üzrə vakansiya elan edir.

İş barədə məlumat:

  • əmək haqqı: 1200-1400 AZN;
  • iş vaxtı: 5 günlük, 08:00-17:00;
  • istirahət günü: Cümə və Şənbə günləri;
  • nahar şirkət tərəfindən qarşılanır;
  • mobil telefon danışıqları şirkət tərəfindən qarşılanır;

Tələblər:

  • ali təhsil;
  • müvafiq sahə üzrə 3 ildən artıq iş təcrübəsi (rəsmi);
  • müvafiq sahə üzrə Sertifikatlar arzuolunandır;
  • Azərbaycan dili səlis, İngilis və Rus dili arzuolunandır;
  • MS Office (Word, Excel,Outlook) bilikləri mütləq, ERP və CRM sistemləri üzrə biliklər arzuolunandır;
  • işin Neftçala rayonu, Qaraqaşlı kəndində icra edilməsi;

Səriştələr:

  • məsuliyyətli;
  • fərdi inkişafa meylli;
  • pozitiv;
  • etibarlı;
  • dürüst;
  • tələbkar;

Vəzifə öhdəlikləri:

  • əməyin mühafizəsi haqqında normativlərə və standartlara, təhlükəsizlik texnikası qaydalarına və digər normativ sənədlərə riayət olunmasına nəzərat edir;
  • müəssinin ərazisində xüsusi yanğından mühafizə vasitlərinin yerləşməsini müəyyən edir və onların daim hazır vəziyyətdə, istifadəyə yararlı olmasını nəzarətdə saxlayır;
  • ətraf mühitin mühafizəsi üzrə qanunvericiliyə, təbii ehtiyatlardan səmərəli istifadə olunması, təhlükəsizlik texnikası və əməyin mühafizəsi barədə Cəmiyyətin rəhbərliyinin əmr və sərəncamlarının yerinə yetirilməsinə nəzarət və qəbul olunmuş qərarların icrasını təmin edir;
  • kənd təsərrüfatı texnikasının istismarı və təmiri zamanı SƏTƏM qaydalarına əməl olunmasına nəzarət edir;
  • təlükəsizlik texnikası və əməyin mühafizəsi sahəsində vəziyyəti yaxşılaşdırmaq üçün planların hazırlanmasında iştirak edir;təbii mühitin qorunması, təlükəsizlik texnikası və əməyin mühafizəsi sahəsindəki fəaliyyətini təhlil edir və müvafiq arayış və hesabatlar hazırlayır;
  • işçilər və bilavasitə işə rəhbərlik edən şəxslər tərəfindən əməyin mühafizəsi qaydalarına əməl edilməsinə nəzarət edir;
  • xüsusi geyim, ayaqqabı və digər fərdi mühafizə vasitələrinin saxlanılmasına, verilməsinə və onlardan düzgün istifadə olunmasına nəzarət edir;
  • iş planında və kollektiv müqavilələrdə əməyin mühafizəsi üzrə nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsinə nəzarət edir;
  • əməyin mühafizəsi və təhlükəsizlik texnikasına aid olan rüblük və illik hesabatları hazırlayır və təqdim edir;
  • obyektlərin səs, vibrasiya, zərərli qaz, şualanma səviyyəsinin və s. ölçülməsinə nəzarət edir;
  • iş paltarı, ayaqqabı və digər fərdi və kollektiv mühafizə vasitələrinin istifadəsinə nəzarət edir;
  • müvafiq struktur bölmələri ilə birlikdə təhlükəsizlik qaydaları və normaları üzrə yeni layihələrin, standartların və digər sənədlərin baxılmasını təşkil edir və müşavirə keçirir;
  • təhlükəli və zərərli istehsalat amillərinin parametrlərinin ölçülməsinin təşkilində, əməyin mühafizəsi tələblərinə müvafiq ış yerlərinin və istehsal avadanlıqlarının attestasiya edilməsində, sertifikatlaşdırılmasında müəssisənin bölmələrinə köməklik göstərir;
  • istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində əmək xəsarəti almış işçilərə dəymiş zərərin müəyyənləşdirilməsi və ödənilməsi üçün sənədlərin hazırlanmasında iştirak edir;
  • istehsalatda bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınması, əmək şəraitinin yaxşılaşdırılması və onları əməyin mühafizəsi üzrə normativ huquqi aktların tələbləri səviyyəsinə çatdırılması istiqamətində tədbirlər hazırlayır, həmçinin planlaşdırılmış tədbirlərin yerinə yetirilməsinə dair təşkilati köməklik göstərir;
  • qurğuların, aqreqatların, dəzgəhların və digər avadanlıqların təmirdən sonra qəbul komissiyalarının işində iştirak edir;
  • qüvvədə olan təlimatların yenidən işlənməsini təşkil edir, işçilərə təhlükəsiz iş üsullarının öyrədilməsində, iş rəhbərlərinə metodiki yardım edir;
  • əməyin mühafizəsi qaydalarına və normalarına əməl olunmasına nəzarət edir, aşkara çıxarılmış pozuntuların aradan qaldırılması barədə vəzifəli şəxslərə icrası məcburi olan göstərişlər verir, habelə əməyin mühafizəsi haqqında qanunvericiliyi pozan şəxslərin intizam məsuliyyətinə cəlb edilməsi barədə rəhbərliyə təqdimat verir;
  • iş fəaliyyətini Əmək Məcəlləsi, əməyin mühafizəsi ilə bağlı norma və qaydalar və digər əlaqəli qanunvericilik aktlarına uyğun təşkil edir;
  • əməyin mühafizəsi işləri üzrə işləyib hazırladığı sənədləri baş mühəndislə müvafiq qaydada razılaşdırır;
  • ətraf mühitin qorunması, əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarına riayət edir;
  • istehsalatda bədbəxt hadisələrin araşdırılmasında iştirak edir. Müəssisə rəhbərləri ilə birlikdə – hadisənin səbəblərini təhlil edir və bədbəxt hadisələrin qarşısının alınması üçün tədbirlər görür;
  • rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqların icrası;

Əgər ölkənin lider quşçuluq müəssələrindən olan “Qaraqaşlı Broyler” ASC-də karyeranızı davam etdirmək istəyirsinizsə ən son yenilənmiş CV-nizi “SƏTƏM Meneceri” başlığı ilə elektron ünvanımıza göndərə bilərsiniz.

Son gün: 25 Avqust, 2022;

Ünvan (baş ofis): Bakı şəhəri, Nərimanov r-nu, Əhməd Rəcəbli küç., 46N;

Ünvan (iş yeri): Neftçala rayonu, Qaraqaşlı kəndi (işçinin iş yeri bu ünvanda olacaqdır);

Oxşar vakansiya siyahısı:

600₼
Anbardar

Sabah Group MMC Anbardar vəzifəsi üzrə vakaniya elan edir. ...

SABAH GROUP MMC

18.04.2024 - Bakı

Xarici Satınalma üzrə Mütəxəssis

ZH-GROUP MMC Xarici Satınalma üzrə Mütəxəssis vakansiyasıni elan edir ...

ZH-GROUP MMC

18.04.2024 - Bakı