Əməyin mühafizəsi üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Azərbaycan Beynəlxalq Bankı Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. SƏTƏM üzrə təcrübə olmalıdır.

Görəcəyiniz işlər:

  • Bankda əməyin mühafizəsi işinin təşkili və əlaqələndirilməsi;
  • İşçilərin əməyin mühafizəsinə dair təlimatların işlənib hazırlanması və tətbiqi;
  • İşçilərə əməyin mühafizəsinə, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyinə dair növbəti və növbədən kənar təlimat keçmək;
  • Baş ofisdə və filiallarda əməyin mühafizəsi və texniki təhlükəsizlik işinin vəziyyətini yoxlamaq;
  • Tələb olunan peşə sahiblərinə tibbi müayinələrin təşkili və nəzarət;
  • Obyektin tikilməsi, ventilyasiya, işıqlandırma, yanğın təhlükəsizliyi və sanitar-məişət şəraitinin yaradılması layihələrinə nəzarət etmək;
  • İşçilərin sağlam və təhlükəsiz iş şəraiti ilə təmin edilməsinə nəzarət etmək.

Bizim üçün ideal namizəd:

  • Ali təhsilli ;
  • SƏTƏM üzrə minimum 2 il iş təcrübəsi olan;
  • SƏTƏM üzrə tələb olunan uyğun sertifikatlara malik olan;
  • Ofis proqramlarında sərbəst iş bacarığı olan şəxsdir.

Analoji sahə üzrə bank təcrübəsi olanlara üstünlük veriləcək

Axtardığımız ideal namizəd sizsinizsə öz CV-nizi 17 fevral 2020-ci il tarixinədək cv@ibar.az elektron ünvanına göndərə bilərsiniz.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Əməyin mühafizəsi üzrə mütəxəssis” şəklində göstərilməsi xahiş edilir.

Əlavə məlumat üçün: www.ibar.az

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan