Qısa məzmun
Ə/h razılaşma yolu ilə. AAC MMC SƏTƏM üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Azərbaycan, rus və inqilis dillərini bilməlidir.
İşin təsviri:
- İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyinə nəzarət etməsi.
- İstehsalatda zədələnmə səbəblərinin analizı və qarşısını almaq üçün tədbirlər hazırlamalı və onların həyata keçirilməsini təşkil etməsi.
- İş yerlərində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak etməsi.
- İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanmasını təşkil etməsi.
- Müvafiq şöbələrin nümayəndələrilə birlikdə binaların, tikililərin, maşın və mexanizmlərin, qurğuların, işçilərin kollektiv və fərdi mühafizə vasitələrinin, sanitar-texniki qurğuların vəziyyətini və ventillyasiya sistemlərinin əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ətraf mühitin mühafizəsinin tələblərinə uyğunluğunun yoxlanılması.
- Struktur bölmələrində, istehsalatda ətraf mühitin çirkləndirilməsinin qarşısını almaqda tədbirlərin görülməsində iştirak etməsi.
- Təxliyyə planının hazırlanmasında iştirak edilməsi və işçilərə bu barədə təlimat keçirilməsi.
- Müəssisədaxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsi.
- Əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımınca icra edilməsi və onların pozulmasına yol verilməməsi.
- Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim edilməsi.
- Birbaşa rəhbərinin konkret tapşırıq və sərəncamlarının yerinə yetirilməsi.
- İşə götürülənlərlə giriş təlimatı aparmalı və işçilərə əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasına köməklik etməsi.
- Qulluqçuların və mühəndis texniki işçilərin əməyin mühafizəsi və təhlükəsizlik təlimatı üzrə biliklərinin yoxlanılmasında iştirak etməsi.
- SƏTƏMM üzrə təlimatların işlənib hazırlanmasında iştirak etməsi.
- İstehsalatda bədbəxt hadisələrin araşdırılmasında iştirak etməsi.
- İşçilərin sağlamlığına təhlükə yarada bilən fəaliyyət növlərini saxlatdırması.
- Potensial təhlükə mənbəyi olan iş metodlar, proseslər, və ya materiallar üzrə işçilərin mühafizəsinə yönəldilmiş tədbirləri məsləhət görməsi.
- İş şəraitini, avadanlıqları, və təcrübələri təhlükəsizlik standartlarına və dövlətin tələblərinə uyğunluğunu təmin etmək məqsədi ilə onları təftiş etməsi və qiymətləndirməsi.
Namizədə tələblər:
- Ali təhsilli;
- Kompüterlə işləmək bacarığı;
- Azərbaycan, rus və inqilis dillərini bilmək;
- SƏTƏM sahəsində azı 3 il stajı.
İş yerinin şərtləri:
- Əmək haqqı razılaşma əsasında
- Iş rejimi 5 günlük/saat (08:00-17:00)
Əlaqə üçün hr@aac.az ünvanına “SƏTƏM üzrə mütəxəssis” başlığı ilə CV –lərinizi göndərməniz xahiş olur.