İş Yeri: Platek Pact MMC
İş məkanı: Şəmkir
Tələblər:
- Təhsil səviyyəsi: Ali təhsil (Texniki sahə üzrə)
- İş təcrübəsi: SƏTƏM sahəsində 1 il
- Dil bilikləri: Azərbaycan (əla), Rus dili (orta), ingilis dili (orta)
- Kompüter bilikləri: MS Office programları üzrə biliklər
- Digər: SƏTƏM üzrə sertifikatların olması əlavə üstünlükdür
Vəzifədən gözləntilər:
- İşə yeni qəbul olan işçilərə giriş təlimatını keçmək və təlimat jurnalında qeydiyyat aparmaq;
- Gündəlik olaraq iş sahələrində yoxlamalar aparmaq, nöqsan və çatışmamazlıqların aradan qaldırılması üçün lazımi tədbirlər görmək;
- İstehsalatda zədələnmə səbəblərinin analizi və qarşısını almaq üçün tədbirlərin görülməsi;
- İstehsalatda bədbəxt hadisələrin baş verməməsi üçün önləyici tədbirlərin həyata keçirilməsi;
- Ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması ilə bağlı tədbirlərin həyata keçirilməsi;
- Yanğın təhlükəsizliyi ilə əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsi;
- İş şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlərin həyata keçirilməsi;
- Qanunvericiliyə uyğun sənədləşmə prosesinin həyata keçirilməsi;
- İşçilərə maarifləndirici nəzəri və praktiki SƏTƏM təlimlərinin keçirilməsi;
- Mütəmadi hesabatların hazırlanıb, rəhbərliyə təqdim edilməsi.
Vəzifə üzrə səriştələr:
- Analitik düşünmə bacarığı;
- Təhlil etmə bacarığı;
- Qiymətləndirmə bacarığı;
- Detallara diqqət yetirmə;
- Məsuliyyətli və intizamlı;
- Problem həll etmə;
- Çeviklik
Maraqlananların emaildə “Sətəm mütəxəssisi” yazaraq CV-lərini göndərməyi xahiş olunur.