Servis üzrə koordinator
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Caspian Services Group LLC Servis üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir.

 

  • İş rejimi: Tam
  • İşə başlama tarixi: Mümkün qədər tez
  • İş yeri: Bakı şəhəri, Heydər Əliyev prospekti 103 (Şəhərin mərkəzində ofis)

İş şərtləri:

  • Stabil iş
  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə zamanı müzakirə olunacaq
  • İş saatı 1-5-ci günlər 09:00-dan 17:00-a kimi, 6-ci gün 09:00-dan 15:00-a kimi. İstirahət: Bazar günü
  • İcbari  sığorta
  • Komfort iş şəraiti
  • Perspektivli iş
  • Mehriban kollektiv

Tələblər:

  • Ali təhsil;
  • İş təcrübəsi: Minimum 1 il;
  • Dil bilikləri:  Azərbaycan, rus, ingilis dili;
  • Sürücülük vəsiqəsi olmalıdır;
  • Kompüter bilikləri: MC Office, Internet Explorer;
  • E-poçtla işləmək;
  • İşgüzar yazışmalar;
  • Danışıqların təşkili;
  • Kargüzarlıq işlərini bilmək;
  • Əsas brendləri, ehtiyat hissələrinin istehsalçılarını tanımaq;
  • Anbar və ehtiyat hissələri sahəsi üzrə biliklərə malik olmalıdır;
  • Sağlam, intizamlı, məsuliyyətli, çalışqan, diqqətli, ehtiyatlı, ünsiyyətcil, nəzakətli olmalıdır;
  • Hərəkətli iş rejimində işləyə bilən;
  • İnsanlarla asan münasibət qura bilən;
  • İnsanları razı salma qabiliyyəti yüksək olmalı;
  • Xarici görünüşünə diqqət etməli;
  • Tək və komandada işləmə bacarığı olmalıdır.

Bilməlidir:

  • Elektron texniki kataloqlar;
  • Xüsusi texnikanın quruluşunu bilmək;
  • Xüsusi texnikanın iş prinsipini bilmək;
  • Xüsusi texnikanın konstruktiv xüsusiyətlərini bilmək;
  • Xüsusi texnikanın alətlərini (tester/diaqnostika aparatı)tanımalı və onlarla işləmə qaydalarını bilmək;
  • Yol hərəkəti qaydalarını bilməli və onlara əməl etməlidir.
  • Əməyin mühafizəsinin qayda və normalarını.

Vəzifə öhdəlikləri:

  • Vəzifə təlimatını, SƏTƏM, İR, Servis və şirkət qaydalarını bilməlidir;
  • Rəhbərlik/Menecer tərəfindən verilən tapşırığı tam və vaxtında yerinə yetiriməlidir;
  • İşinə aid olan vəzifə öhdəliklərini yerinə yetirməli;
  • Servis tələblərinin tərtibi;
  • Bütün zəruri sənədlərin hazırlanması;
  • Müştərinin tələblərinin vaxtında yerinə yetirilməsi;
  • Müştərilərin şikayətlərini araşdırmaq, həlli yolların tapmaq, bu barədə hesabat hazırlanmasına və rəhbərliyə təqdim edilməsinə kömək etmək;
  • Görülən təmir işləri haqqında müştəriyə məlumat vermək;
  • Texnikanın servisinə, təmirinə nəzarət etmək;
  • Hər ayın əvvəlində lazım olan ehtiyat hissələrinin siyahısının hazırlanması;
  • Texnikanın iş saatına uyğun olaraq, onun  servisi üzrə həftəlik/aylıq planın hazırlanması;
  • Texnikanın gündəlik təmir nəticələri əsasında hesabat hazırlanması və rəhbərliyə təqdim edilməsi;

Qeyd:

  • İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur; CV-yə yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər.
  • Göstərilən  tələblərə cavab verən və şərtləri qəbul edən namizədlər öz CV-lərini (Namizədin fotosunun olması mütləqdir) elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını məktubun başlıq hissəsində Servis üzrə koordinator göstərməyiniz vacibdir. Əks təqdirdə belə müraciətlilərə baxılmayacaqdır.
  • Yuxarıda qeyd olunanları nəzərə alaraq, bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. Şifahi müraciətlərə (zənglərə) baxılmayacaq.

Xahiş olunur, “Caspian Services Group” MMC-nin saytında olan nömrələrə zəng vurmayasınız. Aidiyyəti üzrə qeyd olunan email ünvanına müraciət edəsiniz.

n növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. Şifahi müraciətlərə (zənglərə) baxılmayacaq.

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan