Servis üzrə köməkçi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

A+A Security Servis üzrə köməkçi vəzifəsi üzrə vakansiya elan edir. Avadanlıqla işləmək üçün əl qabiliyyəti olmalıdır.

Elektron Təhlükəsizlik, Kilidləmə, GPS Monitoring, Naqilsiz Telemetriya və Elektron İdarə Etmə Sistemləri sahəsində böyük təcrübəyə malik olan distribyutor və inteqratordur.

Biz, fiziki şəxslərdən və kiçik müəssisələrdən tutmuş dövlət idarələri və iri korporasiyalara qədər, geniş müştəri dairəsi ilə əməkdaşlıq edirik.

Vəzifə öhdəlikləri:

  • Yaranan texniki problemlərin təhlili, onların səbəblərinin müəyyən edilməsi və aradan qaldırılması.
  • Mikroproqram təminatının şablonları ilə iş, mikroproqram təminatının sifarişçinin tələblərinə uyğun sazlanması, məsafədən yenidən yükləmə və mikroproqram tminatına dəyişikliklərin edilməsi.
  • Servis xidmətləri məsələləri üzrə müştərilərlə əlaqə və müştərilərə məsləhətlərin verilməsi.
  • Yaranan problemlər istehsalçının səhvləri və ya şablon həllərdə qüsurlarla bağlı olduğu hallarda Xidmətlərin dəstəyi və inkişafı şöbəsi ilə əlaqə və birgə iş.
  • GIS-platformanın inkişafı, səhvlərin aradan qaldırılması və müştərilərin ehtiyaclarının maksimum ödənilməsi məqsədi ilə GIS xidmətlərinin təchizatçısı ilə əlaqə.
  • Layihə öncəsi şərtlər və tələbatların öyrənilməsində, texnoloji həllin hazırlanmasında, avadanlıq və aksessuarların seçilməsində və sınanmasında iştirak.
  • Müqavilə formalarının hazırlanması.
  • Layihələrdən, servis xidmətlərindən və müştərinin spesifik istəklərinə uyğun həllərin icrası.
  • Müqavilələr və servis sifarişləri üzrə öhdəliklərin icrasının faktiki və formal başa çatdırılması, müştərinin göstərilən xidmətdən məmnunluqunu yoxlama.

Məşğulluq: Tam

  • Faydalar:
  • 5 günlük iş rejimi (həftəlik 40 saatdan çox olmayan iş normasına əsasən)
  • İldə 30 təqvim günündən az olmayaraq məzuniyyət günləri
  • İcbari sığorta

Tələb olunan:

  • Ən azı 1 il iş təcrübəsi
  • Texniki biliklər
  • Müştərilər ilə yazılı və şifahi ünsiyyət qabiliyyəti
  • Microsoft Office proqramları üzrə biliklər (Word, Excel və s.)

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini hr@aplusa-security.com elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində Servis üzrə köməkçi göstərməyiniz xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis

Kontakt Home Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Beynəlxalq Bankı

23.04.2024 - Bakı

Proqram təminatı üzrə aparıcı mühəndis (Senior Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...

Kontakt Home

17.04.2024 - Bakı

HelpDesk (kiçik mütəxəssis)

BERC Group MMC HelpDesk (kiçik mütəxəssis) vakansiyası üzrə işə qəbul elan edir. ...

BERC Group

29.03.2024 - Bakı