Sərnişin vaqonunun bələdçisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Azərbaycan Dəmir Yolları Sərnişin vaqonunun bələdçisi vəzifəsi üzrə vakansiya elan edir.

İşin təsviri:

  • Vaqonun texniki vəziyyətinə nəzarət edilməsi və yolda sərnişinlərə xidmət göstərilməsi;
  • Vaqonun daxili avadanlığının çıxarılma inventarının saz vəziyyətdə saxlanılmasına nəzarət edilməsi;
  • Sərnişinlərin təhlükəsiz minmə və düşməsinin təmin edilməsi;
  • Gediş sənədlərinin əsasında sərnişinlərin vaqonlarda düzgün yerləşdirilməsinə əməl edilməsi;
  • Sərnişinlərin gediş sənədlərinin (biletlərin) yoxlanılması;
  • Əl yüklərinin qoulmuş qayda və normalara uyğun aparılmasına nəzarət edilməsi;
  • Sərnişinlərə dayanacaq məntəqələrinin adları haqqında və qatarın dayanma müddətləri barədə xəbərdarlıq edilməsi;
  • Sanitariya qaydalarına müvafiq olaraq vaqonun daimi təmizliyinə nəzarət edilməsi;
  • Qatarda hər hansı bir fors-major hal yarandığı zaman dərhal polis əməkdaşına və yaxud dəmir yolunun işçi heyətindən digər aidiyyəti şəxsə məlumatın verilməsi;
  • Qatar son məntəqəsinə çatdıqdan sonra vaqonun yoxlanılması, yaddan çıxmış əşya aşkar edildikdə onları akt tərtib etməklə yaddan çıxan əşyaların saxlanıldığı kameraya təhvil verilməsi, kənar şübhəli əşya aşkar edildikdə vaqon avadanlıqlarını müayinə edilməsi, hər hansı bir çatışmazlıq və ya nasazlıq aşkar edildikdə onun aradan qaldırılması ilə əlaqədar tədbirlər görülməsi üçün aidiyyəti şəxslərə məlumat verilməsi;
  • Labüd hallarda sərnişinlərə ilk tibbi yardımın (həkimə qədər) göstərilməsi.

Tələb olunan təhsil, təcrübə və bacarıqlar:

  • Orta təhsil ;
  • Motivasiya, komanda işi, nəticəyönümlülük, etibaryaratma, məsuliyyət kimi fərdi keyfiyyət meyarlarına, keyfiyyətyönümlülük, müştəriyönümlülük kimi funksional keyfiyyət meyarlarına sahib olmalı;
  • İş qrafiki – növbəli;

Müraciət etmə qaydaları:

  • Uyğun namizədlərdən aşağıda link vasitəsilə “Azərbaycan Dəmir Yolları” QSC-nin rəsmi karyera portalına keçid edərək vakansiyaya müraciət etmələri xahiş olunur:
  • Son müraciət tarixi : 19.05.2023

https://career.ady.az/Vacancy/Get?id=4239#vp

Qeyd: Uzun məsafəli marşrutlar üzrə sərnişin daşımalarında bələdçilik  edən, yolda uzun müddət xidmət edə bilən xanım namizədlərə üstünlük veriləcəkdir.

Yalnız vakansiyanın tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiya siyahısı:

500₼
Sürücü köməkçisi

İnci Group of Companies Sürücü köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

25.04.2024 - Bakı