Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Kapital Bank Seqmentlərin idarə edilməsi şöbəsinin analitiki vəzifəsi üzrə vakansiya elan edir. Yüksək analitik qabiliyyəti olmalıdır.
Öhdəliklər:
- Müştəri Bazasının idarə edilməsi;
- Müştəri bazası üzərindən hədəf seqmentlərin müəyyən edilməsi;
- Layihələrin idarə edilməsi;
- Müştəri seqmentlərinə uyğun təkliflərin edilməsi, onların icrasının izlənilməsi;
- Yeni müştərilərin cəlbi, mövcud müştərilərin qorunub saxlanılması ilə bağlı təşəbbüslərin həyata keçirilməsi, izlənməsi, yönləndirilməsi və əlaqələndirilməsi;
- Müştəri bazası üzərindən hədəf seqmentlərin müəyyən edilməsi.
Tələblər:
- Yüksək analitik qabiliyyəti;
- Maliyyə bilikləri olanlara üstünlük veriləcək;
- Hesabatların yığılması və təhlil etmə bacarıqları;
- İri miqyaslı layihələrin idarə edilməsi bacarığı;
- Bazar araşdırmalarının təşkili bacarığı – araşdırmanın sifarişi, icrasına nəzarət və nəticələrin rəhbərliyə təqdim edilməsi;
- Məsuliyyətlilik, operativlik və qərarvermə qabiliyyəti;
- Vətəndaş qüsursuzluğuna malik olma;
- Təhsil: Ali.
- Təcrübə: bu sahədə iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək
- Kompyuter biliyi: MS Office
- Dil bilikləri: Azərbaycan, Rus, İngilis.
Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, “mövzu” bölməsində ” Seqmentlərin idarə edilməsi şöbəsinin analitiki” qeyd etməklə CV-nizi recruitment@kapitalbank.az ünvanına göndərin.
Oxşar vakansiya siyahısı:
Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...