Senior software engineer
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Əsas vəzifə öhdəlikləri:

  • İT proyektlerin reallaşdırılmasına dair proseslərin layihələndirilməsi və tətbiqi
  • Layihələrin vaxtında və keyfiyyətli şəkildə icrasını və təhvil olunmasını təmin etmək üçün proqramlaşdırma komandası idarə etmək və yönləndirmək
  • Komandada uyğun və əlverişli mühit yaratmaq, proseslərin icrasında Agile yanaşmanı tətbiq olunmasına nəzarət etmək
  • Tapşırıqların düzgün icrası və monitorinqi üçün mexanizmlərin tətbiq edilməsi
  • Mövcud layihələrin texniki dəstəyi və yeni layihələrin icrası üçün inkişaf planı hazırlamaq və tətbiq etmək
  • Biznes tərəflə yaxın ünsiyyətdə olmaq, biznes tələbləri anlamaq və komandaya ötürmək
  • Mürəkkəb və lazım gəldikdə digər tapşırıqların icrasında iştirak etmək
  • Proqramçılara hər hansı problemlə qarşılaşdıqda həll edilməsində yardımçı olmaq
  • Rəhbərlik tərəfindən tələb olunan hesabatları hazırlamaq
  • Müasir texnologiyaları, yenilikləri və standartları daim öyrənmək, bilmək və davamlı şəkildə komandanın ümumi perfomansını artırmaq üçün tətbiq etmək
  • İT xərclərin optimallaşdırılması və azaldılması üçün lazımi tədbirləri görmək
  • Tələb olunan insan və ya texniki resursları dəyərləndirmək, həmçinin işəgötürmə prosesində iştirak etmək

Namizədə tələblər:

  • Rəhbər vəzifədə azı 3 illik iş təcrübəsi, kommersiya və logistika tipli layihələrin idarə olunması əlavə üstünlükdür
  • Proqramlaşdırma sahəsində azı 5 illik iş təcrübəsi mütləqdir
  • Yazılı və şifahi ünsiyyətin yüksək səviyyədə olması
  • İnformasiya texnologiyalarında mövcud standartları, İT layihələndirmə və idarəetmə alətlərini bilmək
  • DevOps, Cİ/CD, Versioning, Jira və digər uyğun alətlərlə/texnologiyalarla iş təcrübəsi və ya baza biliklər
  • Django/Python, PHP/Laravel, Flutter, React və digər oxşar texnologiyaların istifadə olunduğu layihələrin idarə etdilməsində təcrübə
  • İrihəcmli verilənlərə/trafikə malik layihələrin aparılması, genişləndirilməsi
  • Alqoritm və data strukturları üzrə baza biliklər mütləqdir
  • Ödəniş sistemlərinin (daxili və xarici) qurulması və inteqrasiya edilməsi təcrübəsi
  • Kompüter elmləri və ya digər uyğun ixtisas üzrə təhsilin olması əlavə üstünlükdür

Əmək haqqı: Müsahibə əsasında

İş qrafiki : Həftədə 5 gün

Nahar şirkət tərəfindən təmin olunur;

Qeyd: Müvafiq sahə üzrə yalnız təcrübəli namizədlərin müraciət etməyi xahiş olunur. Namizədlərdən öz CV-lərini
müraciət edilən vakansiyanın adı qeyd olunmaqla hr@starex.az elektron ünvanına göndərmələri xahiş olunur.

Oxşar vakansiya siyahısı:

İngilis dili (Data Science üçün )

Təlimçi Data İngilis dili (Data Science üçün ) həftədə 1 dəfə olmaqla dərslər keçəcəkdir. ...

Eduaz.com

24.04.2024 - Bakı

Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis

Kontakt Home Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Beynəlxalq Bankı

23.04.2024 - Bakı

Proqram təminatı üzrə aparıcı mühəndis (Senior Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...

Kontakt Home

17.04.2024 - Bakı

HelpDesk (kiçik mütəxəssis)

BERC Group MMC HelpDesk (kiçik mütəxəssis) vakansiyası üzrə işə qəbul elan edir. ...

BERC Group

29.03.2024 - Bakı