Senior Project Manager
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

One Smart Star Senior Project Manager vəzifəsi üzrə vakansiya elan edir.

One Smart Star (OSS) dünyada sürətlə yayılan, korporativ müştərilərə özlərini rəqiblərindən fərqləndirməyə kömək edən, şirkətin bütün əlaqə məlumatlarını tək, sadə, asan, yadda qalan ulduzlu nömrədə cəm edən qabaqcıl texnoloqiyadır.

Vəzifə : Senior Project manager
Şirkət: “One Smart Star Azerbaijan” Bakı şəhəri, Demirchi Tower
İş qrafiki: I-V günlər, 09:00-18:30
Əmək haqqı – müsahibənin nəticəsi əsasında müəyyənləşdirilir

Vəzifə öhdəlikləri:

  • Şirkətin biznesin inkişafı strategiyasının işlənib hazırlanması, operativ biznes planlarının hazırlanması;
  • Biznes proseslərinin təkmilləşdirilməsi;
  • Layihələrin idarə olunması;
  • Görülmüş işlərin nəticələrinin təhlili və qiymətləndirilməsi;
  • Dövri hesabatların hazırlanması və təhlili;
  • CRM sisteminin təkmilləşdirilməsi və nəzarəti;
  • Partnyorlarla koorporativ görüşlərin və ünsiyyətin təmin olunması;
  • İnzibati tapşırıqların icra olunması və ya koordinasiyası;
  • Korporativ e-mail və yazışmaların həyata keçirilməsi;
  • Ehtiyac olduqda Akt və Protokol kimi sənədlərin tərtibi;
  • Əmək funksiyaları çərçivəsində rəhbərlik tərəfindən verilən digər tapşırıqların icra edilməsi;

Tələb olunan keyfiyyətlər:

  • Azərbaycan, rus dilində mükəmməl, səlis yazılı və şifahi bilmək, ingilis dili yaxşı;
  • İşgüzar danışıqlarda, maliyyə və bank sahəsində azı 1 illlik təcrübə (arzuolunan)
  • Biznesin idarə edilməsi, iqtisadiyyat, idarəetmə, Marketinq və ya oxşar sahə üzrə ali təhsil (arzuolunan);
  • Layihələrin idarə edilməsi sahəsində təcrübə (arzuolunan);
  • MS Office (Excel, Word, PowerPoint) proqramlarını yüksək səviyyədə və tam sərbəst bilmək;
  • İnformasiya Texnologiyları üzrə biliklər üstünlük hesab olunur;
  • Ofis avadanlıqları ilə tam sərbəst işləmək (printer, scan)
  • İnternet axtarış sistemlərindən sərbəst istifadə;
  • Gözəl danışıq qabiliyyəti, işində səliqəli, məsuliyyətli və dəqiq;
  • Peşəkar xoş xarici görünüş, koorporativ etikanı bilməli;
  • Yalnız Xanım namizəd tələb olunur;

Bacarıqlar:

  • Komandada işləmək, Kommunikasiya və ünsiyyət bacarıqları;
  • Analitik yanaşma və təhlil;
  • Problem həll etmə bacarıqları;
  • Təqdimat bacarıqları;
  • Vaxt idarəetmə bacarıqları;
  • Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı;
  • Yüksək səviyyədə motivasiya və həvəsli olma, eləcə də sürətlə oyrənmə bacarığı;

Göstərilən tələblərə cavab verən xanım namizədlər Mövzu hissəsində “Senior Project Manager” yazaraq öz CV-lərini (foto ilə) hrbaku@onesmartstar.com e-poçt ünvanına göndərsinlər. Yalnız qeyd olunan tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.

Oxşar vakansiya siyahısı:

2000 — 3000 ₼
Marketinq Direktoru

Super Toys Marketinq Direktoru üzrə vakansiya elan edir. ...

Super Toys

26.04.2024 - Bakı

Marketinq üzrə mütəxəssis

AZBADAM MMC Marketinq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azbadam MMC

08.04.2024 - Bakı

900₼
Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis)

Kontakt Home Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis) vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

08.04.2024 - Bakı