Senior Product Owner
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

PASHA Holding Baş məhsul sahibi vəzifəsi üzrə vakansiya elan edir.

PAŞA Holdinq namizədləri “Baş məhsul sahibi” vəzifəsi üçün açılmış vakansiyaya müraciət etməyə dəvət edir. Vəzifəni tutacaq şəxs PAŞA Holdinq üçün məlumat potensialının üzə çıxarılmasını qarşıya məqsəd qoymuş Dafa Ofisinin daxilində fəaliyyət göstərəcəkdir. Data Ofisinin tərkibində və qrupun Baş məhsul sahibi qismində siz, şirkət boyu və şirkətdaxili əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsində və reallaşdırılmasında aparıcı rol oynayacaqsınız. Siz qrupun məlumatlarının toplanması, təhlil edilməsi və monetizasiya olunması istiqamətində göstərdiyimiz səylərə rəhbərlik edəcək və bazarda iştirak payımızın böyüməsinə, əməliyyatlarımızın optimallaşdırılmasına, müştəri məmnuniyyətinin artırılmasına yardım etmək üçün üçüncü tərəflər ilə tərəfdaşlıqların qurulmasına çalışacaqsınız.

Vəzifə tələbləri:

  • Data Ofisində Baş məhsul sahibi qismində siz, çoxsaylı analitik tətbiq vasitələrinin strategiyasına və icrasına rəhbərlik edəcəksiniz. Siz həmçinin, məhsulun layihələndirilməsi qrupunun tərkibində çalışacaq, lakin Biznes, Mühəndislik, Məlumatların işlənməsi və Dəyişiklik funksiyaları arasında üfüqi istiqamətdə kollektiv əməkdaşlıq əlaqəsini təmin edən şəxs olacaqsınız;
  • Bu, real biznes mənfəətinin təmin olunmasına məsuliyyət daşıyan data analitiklərindən və data üzrə mütəxəssislərdən ibarət qrupa cavabdeh olan rəhbər vəzifədir. Bu, yüksək səviyyəli vəzifədir, siz təşkilat boyu (C səviyyəsinədək) biznes rəhbərləri və tərəfdaşları ilə əməkdaşlıq edəcək, qeyd edilən vəzifədə müvəffəqiyyətli olmaq üçün daha çox maliyyə sahəsinə üstünlük verilməklə, qrupa rəhbərlik, məhsul üzrə təmsilçilik və analitika təcrübəsinə ehtiyac duyacaqsınız;
  • Sizin Agile idarəetmə tipli təşkilatda əvvəlki iş təcrübənizin olması, məhsulun idarə olunması ilə əlaqədar məsələləri dərindən anlamağınız, analitiklərdən, konkret mövzu üzrə ekspertlərdən, sistem arxitektorlarından və data analitiklərindən ibarət Agile icra qrupuna rəhbərlik etmək, onu inkişaf etdirmək və ilhamlandırmaq bacarığınızın olması tələb ediləcək;
  • Siz biznes istifadəçilərinin əsas motivasiyalarını başa düşmək üçün qeyd edilən tələblərdən kənara çıxan marağa və stimula malik olmalısınız. Siz biznes dəyərini artıran əsl müştəri mərkəzli məhsulların işlənib hazırlanmasında yüksək həvəs nümayiş etdirməlisiniz. Siz məhsulunuzla qürur duymalı, onun barəsində hərtərəfli bilik toplamalısınız. Siz məhsulunuzun insani timsalı olmalı, onun komponentlərini nümayiş etdirən demo variantları işə salmağı bacarmalı, rəyləri toplamalı və əlavə tələbləri müəyyən etməlisiniz. İşlərini daha səmərəli və qənaətbəxş şəkildə yerinə yetirməkdə məhsulunuzun müştərilərə göstərə biləcəyi yardımı başa düşmək üçün onlar ilə müzakirələr aparmalısınız. Siz məhsulun faydasını əyani şəkildə nümayiş etdirmək və dəstək qazanmaq üçün demo variantı yuxarı vəzifəli maraqlı tərəflərə də nümayiş etdirməlisiniz;
  • Siz innovasiya tərəfdarı olmalı və yeni texnologiyaların tətbiqinə və yeni icra metodlarına həvəslə yanaşmalısınız. Siz sənayedə təmayüllərin öyrənilməsinə vaxt ayırmalı, digər məhsul qrupları ilə əlaqə yaratmalı və məhsul üzrə yol xəritəsinin hazırlanmasında onların qeydlərini nəzərə almalısınız;

Təhsil, Təcrübə və Bacarıqlar:

Minimum bacarıq və təcrübə:

  • Uzunmüddətli əlaqələrin yaradılması, qərarların qəbul olunmasına şərait yaradılması, prioritetlərin əsaslandırılması və müvafiq qaydada, risklərin rəhbərliyin diqqətinə çatdırılması üçün maraqlı tərəflərin idarə olunması və onlarla əlaqələrin yaradılması üzrə mükəmməl bacarıqlar;

Mühüm bacarıq və təcrübə:

  • Baş məhsul sahibi və ya biznes analitiki qismində son məhsulun tam şəkildə təhvil prosesi üzrə təcrübə;
  • Digər əlaqədar komponentlər ilə birlikdə sınaqdan çıxarıla bilən qəbul meyarları əsasında yüksək keyfiyyətli istifadəçi nümunələrini təqdim edə bilmə və müzakirələrin aparılmasına təşviq edən və əməkdaşlığa şərait yaradan vizual xəritələrdən istifadə bacarığı;
  • Müxtəlif komandalar arasında əməkdaşlıq edərək, layihənin icrasını təmin etmə bacarığı. Qənaətbəxş səviyyədə təfsilatlı olmaqla buraxılış planlarına sahib çıxma və onları idarə etmə, həmçinin, məqsədlərin əldə olunmasına təsir göstərə bilən riskləri və məsələləri aşkara çıxarma və onlara qarşı cavab tədbiri görmə bacarığı;
  • İcra metodologiyalarına və proseslərinə Agile və praqmatik yanaşma üsuluna açıq olmaqla yanaşı Çevik sistem barədə müvafiq bilik;

Arzu olunan bacarıq və təcrübə:

  • Qrupun mənfəətinə xidmət göstərən məhsulların və xidmətlərin icrasına motivasiya;
  • Məlumatların işlənməsinin və proqram təminatının layihələndirilməsinin kəsişdiyi sahədə layihələrin icrası üzrə təcrübə;
  • Müəssisə miqyasında həllərin arxitekturası və məlumatların təhlükəsizliyi prinsipləri barədə bilik;
  • Hər hansı kodlaşdırma dili və texologiyaları barədə bilik;

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:

  • CV e-mail ünvanına göndərilməlidir;
  • Mövzu sətrində “Baş məhsul sahibi” qeyd olunmalıdır;
  • CV-lər 07 avqust, 2022-ci il tarixinə qədər göndərilməlidir.

Diqqət: Müraciət edən namizədlərin CV ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılacaq.

Oxşar vakansiya siyahısı:

Kredit mütəxəssisi

Bokt “Falcon Finance” MMC Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Fərdi və komanda tərkibində işləmə qabiliyyəti olmalıdır. ...

Falcon Finance

03.05.2024 - Xudat

Borcların təhlili üzrə kiçik mütəxəssis

Unibank Borcların təhlili üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

30.04.2024 - Gəncə

Mühasib

CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

25.04.2024 - Bakı

600 — 800 ₼
Mühasib köməkçisi

“Az Protein Foods Group” MMC  Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Maliyyə meneceri

AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

23.04.2024 - Bakı

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı

500₼
Mühasib Kassir

CMT Group MMC Muhasib -kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

06.04.2024 - Gəncə