Senior PHP Backend Developer
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Invest AZ QSC Senior PHP Backend Developer vəzifəsi üzrə vakansiya elan edir.

Komandamıza səliqəli kod yazan və işinin peşəkarı olan, komandada işləməyi bacaran, sahəsində baş verən yeniliklərdən xəbərdar olan, daim özünü inkişaf etdirən mütəxəssis axtarırıq və bizə qoşulmağa dəvət edirik.

İŞ HAQQINDA MƏLUMAT:

  • Proqram təminatının hazırlanmasında, sınaqdan keçirilməsində, yayılmasında, dəstək olunmasında və təkmilləşdirilməsində iştirak etmək.
  • Kod bazasına və arxitekturaya, kodun yenidən işlənməsinə və kodların nəzərdən keçirilməsinə fəal töhfə vermək.

TEXNİKİ TƏLƏBLƏR:

  • 5+ il PHP istifadə etməklə “backend” təcrübəsi
  • Paradiqmaların və prinsiplərin (OOP, SOLİD, DDD, TDD, BDD) əsaslı biliyi
  • Müasir PHP framework-lərindən hər hansı biri ilə iş təcrübəsi (Symfony, Phalcon)
  • MySQL-də indeks optimallaşdırma, replication və sharding xüsusiyyətlərini bilmək.
  • Axtarış sistemlərindən hər hansı biri ilə təcrübə (ElasticSearch, Azure Search, Apache Solr)
  • Mesajlaşma sistemlərindən hər hansı biri ilə iş təcrübəsi (RabbitMQ, Apache Kafka, Active MQ, AWS SQS)

TƏKLİF EDİRİK:

  • Rəqabətli əmək haqqı (namizədlə müzakirə olunacaq)
  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • Tibbi sığorta
  • Yüksək səviyyəli iş avadanlığı – iMac, Macbook, və s.
  • Xətai metrosundan 10 dəqiqəlik məsafədə rahat ofis (Babək Plaza)
  • İş saatları: 09:00-dan 18:00-dək;
  • Nahar fasiləsi 13:00-dan 14:00-dək;
  • Nahar şirkət tərəfindən təmin edilir.

Əlaqə: hr@investaz.az

Diqqət: Göndərilən maillərin mövzusunda mütləq “Senior PHP Backend Developer” qeyd edilməlidir.

Oxşar vakansiya siyahısı:

Business Analyst

ERP-INTEL" MMC şirkəti olaraq "Business Analyst" vakansiyası aktivdir, ...

ERP İNTEL MMC

26.04.2024 - Bakı

İngilis dili (Data Science üçün )

Təlimçi Data İngilis dili (Data Science üçün ) həftədə 1 dəfə olmaqla dərslər keçəcəkdir. ...

Eduaz.com

24.04.2024 - Bakı

Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis

Kontakt Home Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Beynəlxalq Bankı

23.04.2024 - Bakı

Proqram təminatı üzrə aparıcı mühəndis (Senior Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...

Kontakt Home

17.04.2024 - Bakı