Senior Network Engineer
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Vəzifə: Böyük şəbəkə mühəndisi
Şöbə: İNFRASTRUKTUR
Birbaşa rəhbər: Şəbəkə və infrastruktur qrupunun rəhbəri
Dərəcə: Yenilənəcəkdir
Rəhbərlik səviyyəsi: Tətbiq olunmur

Məsuliyyətlər:

“PAŞA Technology” MMC-nin bəzi vacib hədəfləri

  • SA-lara aşağı qiymətə yüksək keyfiyyətli xidmət göstərmək
  • Ekosistemdən maksimum istifadəyə əsaslanan yeni platformalara vasitəsilə sinergiya yaratmaq
  • Müştəri təcrübəsini və xidmət keyfiyyətini artırmaq (rəqəmsal amillərə və İT imkanlarının gücləndirilməsinə əsaslanan kompleks yanaşma vasitəsilə)
  • Qrup üzrə innovasiya imkanlarını müəyyən etmək və səfərbər etmək
  • “Agile” iş üsulu üçün tələb olunan təməl prinsipləri formalaşdırmaq
  • Ən istedadlı kadrları qoruyub saxlamaq və yeni strategiyaya əsasən tələb olunan yeni imkanları yaratmaq (məsələn, rəqəmsal, analitik, “agile”)
  • Bazar tendensiyalarına uyğun olaraq müvafiq bacarıqları inkişaf etdirmək

Əsas vəzifələr:

  • PAŞA Technology” MMC-nin Data Mərkəzi şəbəkəsinə 1-ci səviyyəli yardımın göstərilməsi
  • “PAŞA Technology” MMC-nin strategiyasına uyğun olaraq bulud xidmətləri üzrə təkliflərlə bağlı mütəmadi yardımın göstərilməsi
  • Hibrid bulud mühitlərinin dəstəklənməsi və idarə olunması qabiliyyəti
  • Agile” iş üsulunu dəstəkləmək
  • Bulud infrastrukturunun idarə olunması məqsədilə yüksək səviyyəli avtomatlaşdırma imkanlarının təmin edilməsi üçün proqram təminatının yaradılması və İT əməliyyatları prinsiplərindən fəal istifadə
  • Müntəzəm əməliyyatların icrası zamanı həmkarlara və komanda üzvlərinə fəal yardımın göstərilməsi
  • Nasazlıqların qabaqcadan proqnozlaşdırılması və aradan qaldırılması
  • Xidmət səviyyəsi haqqında müqavilələrə və müştərilərin gözləntilərinə uyğun olaraq kritik əhəmiyyətli mühitlərdə yüksək keyfiyyətlə həyata keçirilən idarə olunan dəstək xidmətlərinin idarə olunmasına görə məsuliyyət daşımaq
  • Proses və siyasətlərə davamlı yardım və uyğunluğun təmin edilməsi: İTİL (İnformasiya Texnologiyaları İnfrastrukturu Kitabxanası), bədbəxt hadisələrin idarə olunması, problemlərin idarə olunması, texniki dəstək xidmətinin idarə olunması, dəyişikliklərin idarə olunması, əməliyyatların monitorinqi və fəaliyyətin məruzə edilməsi
  • İT prosesləri və davamlı inkişaf tədbirlərinin mütəmadi olaraq həyata keçirilməsinə görə məsuliyyət daşımaq
  • Standart əməliyyat prosedurlarına uyğun olaraq müstəqil təchizatçı və podratçılarla münasibətlər, müqavilələr və onlar tərəfindən göstərilən xidmətlərin idarə olunması
  • Müştərilərin idarə olunması və hesabatlılıq prosesindən istifadə
  • Əməliyyatların səmərəliliyi, tapşırıqlar və layihələri müzakirə etmək üçün şəbəkə qrupunun rəhbəri ilə müntəzəm formal görüşlərdə iştirak etmək
  • Bədbəxt hadisələr və ya nasazlıqların şəbəkə qrupunun rəhbərinə məruzə edilməsi
  • Maraqlı tərəflərlə bədbəxt hadisələr, baş verən nasazlıq və qüsurlar, həyata keçirilən müvəqqəti və islahedici tədbirlər barədə rəsmi hesabat vermək

İkinci dərəcəli öhdəliklər:

  • Bulud şəbəkəsinin idarə olunması (virtual ruterlər, müdafiə sistemləri, paylanan virtual kommutatorlar)
  • Saxlama qurğuları arasında əlaqələrin idarə olunması, VSAN-lar
  • Data Mərkəzinin əsas şəbəkəsinin “Cisco ACI” əsasında idarə olunması
  • SCADA şəbəkəsinin idarə olunması və seqmentasiyası
  • VLAN-lar, VFR-lər və GRE tunelləri vasitəsilə şəbəkənin hərtərəfli seqmentasiyasının həyata keçirilməsi
  • Data mərkəzinin perimetr təhlükəsizliyinin gücləndirilməsi, o cümlədən “AntiDDOS” müdafiəsinin tətbiqi
  • 2-ci səviyyəli idarəetmə və miqyasın artırılması imkanı
  • BGP və OSPF vasitəsilə 3-cü səviyyədə marşrutlaşmanın idarə olunması
  • İş yükünün mobilliyi (VPN-lər, WLAN)
  • “PAŞA Technology” MMC-də bir neçə texnologiya arasında əlaqənin yaradılması, müxtəlif istehsalçıların məhsullarının planlaşdırılması, layihələndirilməsi və icrasına yardım göstərilməsi
  • Konfiqurasiya vahidlərinin və İT xidmətlərinin vaxtında yenilənməsi yolu ilə CMDB-nin (konfiqurasiyanın idarə olunması üzrə məlumat bazası) aktuallığının təmin edilməsi
  • Avadanlıqların yenilənməsi, nasazlıqların aradan qaldırılması və marşrutların idarə olunması üzrə tövsiyələrin verilməsi
  • “PAŞA Technology” MMC-nin Data Mərkəzlərinin istismar vəziyyətinin proaktiv şəkildə dəstəklənməsi və gücləndirilməsi
  • “PAŞA Technology” MMC-nin informasiya təhlükəsizliyi siyasəti və məqbul istifadə siyasətinə tam əməl edilməsi
  • “PAŞA Technology” MMC-nin dəyişikliklərin idarə olunması üzrə göstərişlərinə tam əməl edilməsi
  • “PAŞA Technology” MMC-nin bütün inzibati tələblərinin yerinə yetirilməsi
  • Səlahiyyətləri çərçivəsində rəhbərlik tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi
  • Daxili qayda və prosedurlara əməl edilməsi

Bu vəzifə üçün tələb olunan ixtisas, təcrübə və bacarıqlar

Təhsil:

  • Müvafiq sahə üzrə universitet dərəcəsi.
  • Mühəndislik və ya elm kimi texniki sahələr üzrə dərəcəyə üstünlük verilir
  • İT sertifikatları : Cisco CCNP, Juniper JNCP
  • “PaloAlto”, “Huawei”, “Microsoft” və “RedHat” üzrə əlavə sertifikatlar üstünlükdür

Təcrübə:

  • Mürəkkəb mühitin idarə olunması üzrə ən azı 5 il təcrübə
  • Dəyişiklik və buraxılışların idarə edilməsi, o cümlədən İTİL mexanizmləri üzrə böyük təcrübə
  • Mövcud olan və yeni yaranan İT texnologiyaları üzrə dərin bilik
  • DC texnologiyalarının arxitekturası üzrə praktiki bilik
  • “TCP/İP”, “OSPF”, “BGP” və “Multicast” üzrə dərin bilik
  • “VxLAN” və digər overley texnologiyaları üzrə dərin bilik
  • “Big İP” yük tarazlaşdırma sistemləri, “Cisco” ruterləri və kommutatorları, “PaloAlto” müdafiə sistemi üzrə təcrübə
  • DCİ texnologiyasının icrası üzrə təcrübə
  • OTV, “Fabric Path”, “vPC” (virtual ümumi kanallar), “VXLAN” üzrə praktiki təcrübə
  • “Performance Routing” və DMVPN
  • Teleiş, xarici şəbəkə və VPN arxitekturası
  • Data Mərkəzinin server ferması dizaynı, o cümlədən giriş səviyyəsi, ümumiləşdirmə səviyyəsi və əsas səviyyə üzrə praktiki təcrübə
  • Saxlama ərazisi şəbəkələri və protokolları (FCP, FCİP, FCoE), çox traektoriyalı texnologiyalar (MPİO), disklər, həcmlər, montaj nöqtələri, LUN maskalanma və VSAN-lərin aydın şəkildə başa düşülməsi
  • OSİ modelinin başa düşülməsi
  • “İPv4” və “İPv6”

Kompüter bacarıqları:

  • “Visio” və “AutoCAD” proqram təminatları üzrə anlayışa sahib olmaq
  • “Microsoft Office” proqramları və alətlərindən istifadə bacarıqları
  • Proqramlaşdırma dilləri (“Python” və s.) üzrə təcrübəyə sahib olmaq üstünlükdür
  • Data Mərkəzləri mühiti və “Tier” standartları üzrə bilik

Dil bilikləri:

  • İngilis dili – Yaxşı
  • Azərbaycan dili – Ana dili
  • Rus dili – Yaxşı

Fərdi bacarıqları Davranışlar:

  • Biliyini artırmaq və özünü inkişaf etdirmək arzusu
  • Gündəlik əməliyyatlarda dürüst olmaq: hər zaman düzgün addımları düzgün yollarla atmaq
  • Əməliyyatların keyfiyyətini təmin etmək
  • Qurum daxilində, həmkarlar, təchizatçılar və tərəfdaşlarla sıx əməkdaşlıq prinsiplərinə əməl etmək

E-mail: talents@pasha-technology.com

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı