Vəzifə: Böyük şəbəkə mühəndisi
Şöbə: İNFRASTRUKTUR
Birbaşa rəhbər: Şəbəkə və infrastruktur qrupunun rəhbəri
Dərəcə: Yenilənəcəkdir
Rəhbərlik səviyyəsi: Tətbiq olunmur
Məsuliyyətlər:
“PAŞA Technology” MMC-nin bəzi vacib hədəfləri
- SA-lara aşağı qiymətə yüksək keyfiyyətli xidmət göstərmək
- Ekosistemdən maksimum istifadəyə əsaslanan yeni platformalara vasitəsilə sinergiya yaratmaq
- Müştəri təcrübəsini və xidmət keyfiyyətini artırmaq (rəqəmsal amillərə və İT imkanlarının gücləndirilməsinə əsaslanan kompleks yanaşma vasitəsilə)
- Qrup üzrə innovasiya imkanlarını müəyyən etmək və səfərbər etmək
- “Agile” iş üsulu üçün tələb olunan təməl prinsipləri formalaşdırmaq
- Ən istedadlı kadrları qoruyub saxlamaq və yeni strategiyaya əsasən tələb olunan yeni imkanları yaratmaq (məsələn, rəqəmsal, analitik, “agile”)
- Bazar tendensiyalarına uyğun olaraq müvafiq bacarıqları inkişaf etdirmək
Əsas vəzifələr:
- PAŞA Technology” MMC-nin Data Mərkəzi şəbəkəsinə 1-ci səviyyəli yardımın göstərilməsi
- “PAŞA Technology” MMC-nin strategiyasına uyğun olaraq bulud xidmətləri üzrə təkliflərlə bağlı mütəmadi yardımın göstərilməsi
- Hibrid bulud mühitlərinin dəstəklənməsi və idarə olunması qabiliyyəti
- Agile” iş üsulunu dəstəkləmək
- Bulud infrastrukturunun idarə olunması məqsədilə yüksək səviyyəli avtomatlaşdırma imkanlarının təmin edilməsi üçün proqram təminatının yaradılması və İT əməliyyatları prinsiplərindən fəal istifadə
- Müntəzəm əməliyyatların icrası zamanı həmkarlara və komanda üzvlərinə fəal yardımın göstərilməsi
- Nasazlıqların qabaqcadan proqnozlaşdırılması və aradan qaldırılması
- Xidmət səviyyəsi haqqında müqavilələrə və müştərilərin gözləntilərinə uyğun olaraq kritik əhəmiyyətli mühitlərdə yüksək keyfiyyətlə həyata keçirilən idarə olunan dəstək xidmətlərinin idarə olunmasına görə məsuliyyət daşımaq
- Proses və siyasətlərə davamlı yardım və uyğunluğun təmin edilməsi: İTİL (İnformasiya Texnologiyaları İnfrastrukturu Kitabxanası), bədbəxt hadisələrin idarə olunması, problemlərin idarə olunması, texniki dəstək xidmətinin idarə olunması, dəyişikliklərin idarə olunması, əməliyyatların monitorinqi və fəaliyyətin məruzə edilməsi
- İT prosesləri və davamlı inkişaf tədbirlərinin mütəmadi olaraq həyata keçirilməsinə görə məsuliyyət daşımaq
- Standart əməliyyat prosedurlarına uyğun olaraq müstəqil təchizatçı və podratçılarla münasibətlər, müqavilələr və onlar tərəfindən göstərilən xidmətlərin idarə olunması
- Müştərilərin idarə olunması və hesabatlılıq prosesindən istifadə
- Əməliyyatların səmərəliliyi, tapşırıqlar və layihələri müzakirə etmək üçün şəbəkə qrupunun rəhbəri ilə müntəzəm formal görüşlərdə iştirak etmək
- Bədbəxt hadisələr və ya nasazlıqların şəbəkə qrupunun rəhbərinə məruzə edilməsi
- Maraqlı tərəflərlə bədbəxt hadisələr, baş verən nasazlıq və qüsurlar, həyata keçirilən müvəqqəti və islahedici tədbirlər barədə rəsmi hesabat vermək
İkinci dərəcəli öhdəliklər:
- Bulud şəbəkəsinin idarə olunması (virtual ruterlər, müdafiə sistemləri, paylanan virtual kommutatorlar)
- Saxlama qurğuları arasında əlaqələrin idarə olunması, VSAN-lar
- Data Mərkəzinin əsas şəbəkəsinin “Cisco ACI” əsasında idarə olunması
- SCADA şəbəkəsinin idarə olunması və seqmentasiyası
- VLAN-lar, VFR-lər və GRE tunelləri vasitəsilə şəbəkənin hərtərəfli seqmentasiyasının həyata keçirilməsi
- Data mərkəzinin perimetr təhlükəsizliyinin gücləndirilməsi, o cümlədən “AntiDDOS” müdafiəsinin tətbiqi
- 2-ci səviyyəli idarəetmə və miqyasın artırılması imkanı
- BGP və OSPF vasitəsilə 3-cü səviyyədə marşrutlaşmanın idarə olunması
- İş yükünün mobilliyi (VPN-lər, WLAN)
- “PAŞA Technology” MMC-də bir neçə texnologiya arasında əlaqənin yaradılması, müxtəlif istehsalçıların məhsullarının planlaşdırılması, layihələndirilməsi və icrasına yardım göstərilməsi
- Konfiqurasiya vahidlərinin və İT xidmətlərinin vaxtında yenilənməsi yolu ilə CMDB-nin (konfiqurasiyanın idarə olunması üzrə məlumat bazası) aktuallığının təmin edilməsi
- Avadanlıqların yenilənməsi, nasazlıqların aradan qaldırılması və marşrutların idarə olunması üzrə tövsiyələrin verilməsi
- “PAŞA Technology” MMC-nin Data Mərkəzlərinin istismar vəziyyətinin proaktiv şəkildə dəstəklənməsi və gücləndirilməsi
- “PAŞA Technology” MMC-nin informasiya təhlükəsizliyi siyasəti və məqbul istifadə siyasətinə tam əməl edilməsi
- “PAŞA Technology” MMC-nin dəyişikliklərin idarə olunması üzrə göstərişlərinə tam əməl edilməsi
- “PAŞA Technology” MMC-nin bütün inzibati tələblərinin yerinə yetirilməsi
- Səlahiyyətləri çərçivəsində rəhbərlik tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi
- Daxili qayda və prosedurlara əməl edilməsi
Bu vəzifə üçün tələb olunan ixtisas, təcrübə və bacarıqlar
Təhsil:
- Müvafiq sahə üzrə universitet dərəcəsi.
- Mühəndislik və ya elm kimi texniki sahələr üzrə dərəcəyə üstünlük verilir
- İT sertifikatları : Cisco CCNP, Juniper JNCP
- “PaloAlto”, “Huawei”, “Microsoft” və “RedHat” üzrə əlavə sertifikatlar üstünlükdür
Təcrübə:
- Mürəkkəb mühitin idarə olunması üzrə ən azı 5 il təcrübə
- Dəyişiklik və buraxılışların idarə edilməsi, o cümlədən İTİL mexanizmləri üzrə böyük təcrübə
- Mövcud olan və yeni yaranan İT texnologiyaları üzrə dərin bilik
- DC texnologiyalarının arxitekturası üzrə praktiki bilik
- “TCP/İP”, “OSPF”, “BGP” və “Multicast” üzrə dərin bilik
- “VxLAN” və digər overley texnologiyaları üzrə dərin bilik
- “Big İP” yük tarazlaşdırma sistemləri, “Cisco” ruterləri və kommutatorları, “PaloAlto” müdafiə sistemi üzrə təcrübə
- DCİ texnologiyasının icrası üzrə təcrübə
- OTV, “Fabric Path”, “vPC” (virtual ümumi kanallar), “VXLAN” üzrə praktiki təcrübə
- “Performance Routing” və DMVPN
- Teleiş, xarici şəbəkə və VPN arxitekturası
- Data Mərkəzinin server ferması dizaynı, o cümlədən giriş səviyyəsi, ümumiləşdirmə səviyyəsi və əsas səviyyə üzrə praktiki təcrübə
- Saxlama ərazisi şəbəkələri və protokolları (FCP, FCİP, FCoE), çox traektoriyalı texnologiyalar (MPİO), disklər, həcmlər, montaj nöqtələri, LUN maskalanma və VSAN-lərin aydın şəkildə başa düşülməsi
- OSİ modelinin başa düşülməsi
- “İPv4” və “İPv6”
Kompüter bacarıqları:
- “Visio” və “AutoCAD” proqram təminatları üzrə anlayışa sahib olmaq
- “Microsoft Office” proqramları və alətlərindən istifadə bacarıqları
- Proqramlaşdırma dilləri (“Python” və s.) üzrə təcrübəyə sahib olmaq üstünlükdür
- Data Mərkəzləri mühiti və “Tier” standartları üzrə bilik
Dil bilikləri:
- İngilis dili – Yaxşı
- Azərbaycan dili – Ana dili
- Rus dili – Yaxşı
Fərdi bacarıqları Davranışlar:
- Biliyini artırmaq və özünü inkişaf etdirmək arzusu
- Gündəlik əməliyyatlarda dürüst olmaq: hər zaman düzgün addımları düzgün yollarla atmaq
- Əməliyyatların keyfiyyətini təmin etmək
- Qurum daxilində, həmkarlar, təchizatçılar və tərəfdaşlarla sıx əməkdaşlıq prinsiplərinə əməl etmək
E-mail: talents@pasha-technology.com