Senior Front-End Developer
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

PASHA Bank Senior Front-End Developer vəzifəsi üzrə vakansiya elan edir.

Bizimlə Siz əldə edəcəksiniz:

  • Maliyyə sabitliyi: Rəqabətli əmək haqqı
  • Sağlamlığınıza qayğı: Ailə sığortası və idman xərclərinizin ödənilməsi
  • Endirimlər platformasına çıxış: Partnyor məkanlarda endirimlərdən faydalanma imkanı
  • Bilik və bacarıqların inkişafı: Mütərəqqi təlim imkanlarından yararlanma şansı
  • Rahatlıq: Sərbəst geyim üslubu (rəsmi tədbirlər istisna)

İşiniz nədən ibarətdir?

  • Məhsul yaradılmasına töhfə verilməsi, öz kod və qərarları ilə həll təklifi, biznes dəyərlərini çatdırmaq üçün “frontend” mühəndislik praktikasının gücləndirilməsi;
  • İstifadə interfeysinin yaradılması və rəqəmsal məhsulların istifadəyə uyğun təcrübəsinin hazırlanması;
  • Komandada digər “frontend” proqramçıları idarə etmək, qrup rəhbərinin tələbi əsasında onların lazımi bilik və təcrübə əldə etməsi üçün təşəbbüskarlıq;
  • Mükəmməl istifadəçi interfeysi yaratmaq üçün UI/UX dizayn çərçivələrinin koda çevrilməsi;
  • Qrafik dizayn və texniki icra arasında boşluğu aradan qaldırmaq üçün UI/UX dizayner və “backend” proqramçılar ilə əməkdaşlıq və hər iki tərəfin işində aktiv iştirak etməklə proqramın iş prinsipinin müəyyən edilməsi;
  • UX/UI tələblərinə uyğun, istifadəyə rahat, inkişaf edən və səhvə davamlı proqramların yaradılması;
  • Dəqiqlik və funksionallıq üçün kodlara nəzarət;
  • İstənilən maneələri aradan qaldırmaq və çətin biznes problemləri üçün texniki həllərin hazırlanması;
  • “Agile” işləmə yollarının təkmilləşdirilməsi və dəstəklənməsi;
  • Şöbənin keyfiyyət işləri, sistem qəbul testləri və yoxlama keyfiyyətləri də daxil olmaqla mühəndislik işlərinin təmin edilməsi;
  • Şöbə fəaliyyətinin şirkətdə mövcud olan daxili prosedur, məxfilik siyasəti və dövlət qanunvericiliyinə uyğun olaraq həyata keçirilməsi;
  • Bankın daxili qayda, proses, siyasət, o cümlədən, Davranış Məcəlləsi, Maraqlar Münaqişəsi Siyasəti, SƏTƏM-lə əlaqədar təlimatlarına ciddi şəkildə əməl edilməsi və onların pozulmasına görə məsuliyyət.

Sizdən nə tələb olunur?

  • Təhsil: İnformasiya texnologiyaları, Riyaziyyat və digər müvafiq sahə üzrə Bakalavr təhsili
  • İş təcrübəsi: Proqram təminatı, mühəndislik sahəsində ən az 5 il
  • Xarici dillər: İngilis
  • Komputer bilikləri:
  1. React (or Angular, Ember, and Backbone), Typescript üzrə mükəmməl bilik
  2. İstifadəçi əlaqəsi və dizayn, prinsip və standartları haqqında anlayış
  3. Verilənlərin strukturu və alqoritm biliyi
  • Məhsul üzrə biliklər: JIRA və ya hər hansı digər tapşırıq idarəetmə vasitəsi, SVN və ya GIT
  • Digər: Yüksək idarəçilik, ünsiyyət və hesabat bacarıqları
  • Üstünlük verilir:
  1. Kodun yenidən işlənməsi
  2. Dizayn nümunələri və dizayn yönümlü inkişaf
  3. Domain yönümlü dizayn
  4. CI/CD və yüksək miqyaslı proqramlar, proqram təhlükəsizliyi
  5. İkili proqramlaşdırma və testlər üzrə biliklər

Müraciət edin:

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi başlıqda ““Front-End” üzrə Baş Mütəxəssis” qeyd edərək göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Mənbə: jobsearch.az

Oxşar vakansiya siyahısı:

İT Biznes Analitik

Honey Bee Development Capital (HBDC) Texnologiya və İnnovasiya şöbəsinə “İT Biznes Analitik – Responsible Finance Platforması” vəzifəsi üzrə vakansiya e ...

Honey Bee Development Capital

19.08.2025 - Bakı

Data Analitik

AS Group Data Analitik vəzifəsi üzrə vakansiya elan edir. ...

AS Group

13.08.2025 - Bakı

İT üzrə Biznes Analitik

PROSYS LLC İT üzrə Biznes Analitik vəzifəsi üzrə vakansiya elan edir. ...

Prosys LLC

11.08.2025 - Bakı

400₼
Mobil Tətbiq üzrə Məhsul Təcrübəçi

Apar şirkəti Mobil Tətbiq üzrə Məhsul Təcrübəçi vəzifəsi üzrə vakansiya elan edir. ...

Apar şirkəti

11.08.2025 - Bakı

2000 — 2500 ₼
Biznes analitik

Aznet Technologies QSC Telekommunikasiya şirkətinə Biznes analitik tələb olunur. ...

Aznet Technologies

06.08.2025 - Bakı

1200₼
Şəbəkə inzibatçısı

Aznet Technologies QSC Şəbəkə inzibatçısı vəzifəsi üzrə vakansiya elan edir. ...

Aznet Technologies

06.08.2025 - Bakı