Senior Engineer Servers & Storage
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

PASHA Technology Serverlər və saxlama qurğuları üzrə böyük mühəndis vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə: Serverlər və saxlama qurğuları üzrə böyük mühəndis
Şöbə: İNFRASTRUKTUR
Birbaşa rəhbər: Serverlər və saxlama qurğuları/infrastruktur qrupunun rəhbəri
Dərəcə: Yenilənəcəkdir
Rəhbərlik səviyyəsi: Tətbiq olunmur

Məsuliyyətlər:

“PAŞA Technology” MMC-nin bəzi vacib hədəfləri

  • SA-lara aşağı qiymətə yüksək keyfiyyətli xidmət göstərmək
  • Ekosistemdən maksimum istifadəyə əsaslanan yeni platformalara vasitəsilə sinergiya yaratmaq
  • Müştəri təcrübəsini və xidmət keyfiyyətini artırmaq (rəqəmsal amillərə və İT imkanlarının gücləndirilməsinə əsaslanan kompleks yanaşma vasitəsilə)
  • Qrup üzrə innovasiya imkanlarını müəyyən etmək və səfərbər etmək
  • “Agile” iş üsulu üçün tələb olunan təməl prinsipləri formalaşdırmaq
  • Ən istedadlı kadrları qoruyub saxlamaq və yeni strategiyaya əsasən tələb olunan yeni imkanları yaratmaq (məsələn, rəqəmsal, analitik, “agile”)
  • Bazar tendensiyalarına uyğun olaraq müvafiq bacarıqları inkişaf etdirmək

Əsas vəzifələr:

  • “PAŞA Technology” MMC-nin hesablama və saxlama sistemlərinə 1-ci səviyyəli yardımın göstərilməsi
  • “PAŞA Technology” MMC-nin “Windows”, “Linux” və “Unix” əməliyyat sistemlərinə əsaslanan İT sistemlərinin idarə olunması
  • “PAŞA Technology” MMC-nin strategiyasına uyğun olaraq bulud xidmətləri üzrə təkliflərin müştərilərin diqqətinə çatdırılması və mütəmadi yardımın göstərilməsi
  • Hibrid bulud mühitlərinin dəstəklənməsi və idarə olunması qabiliyyəti
  • “Agile” iş üsulunu dəstəkləmək
  • Bulud infrastrukturunun idarə olunması məqsədilə yüksək səviyyəli avtomatlaşdırma imkanlarının təmin edilməsi üçün proqram təminatının yaradılması və İT əməliyyatları prinsiplərindən fəal istifadə
  • Müntəzəm əməliyyatların icrası zamanı həmkarlara və komanda üzvlərinə fəal yardımın göstərilməsi
  • Nasazlıqların qabaqcadan proqnozlaşdırılması və aradan qaldırılması
  • Xidmət səviyyəsi haqqında müqavilələrə və müştərilərin gözləntilərinə uyğun olaraq kritik əhəmiyyətli mühitlərdə yüksək keyfiyyətlə həyata keçirilən idarə olunan dəstək xidmətlərinin idarə olunmasına görə məsuliyyət daşımaq
  • Proses və siyasətlərə davamlı yardım və uyğunluğun təmin edilməsi: İTİL (İnformasiya Texnologiyaları İnfrastrukturu Kitabxanası), bədbəxt hadisələrin idarə olunması, problemlərin idarə olunması, texniki dəstək xidmətinin idarə olunması, dəyişikliklərin idarə olunması, əməliyyatların monitorinqi və fəaliyyətin məruzə edilməsi
  • İT prosesləri və davamlı inkişaf tədbirlərinin mütəmadi olaraq həyata keçirilməsinə görə məsuliyyət daşımaq
  • Standart əməliyyat prosedurlarına uyğun olaraq müstəqil təchizatçı və podratçılarla münasibətlər, müqavilələr və onlar tərəfindən göstərilən xidmətlərin idarə olunması
  • Müştərilərin idarə olunması və hesabatlılıq prosesindən istifadə
  • Əməliyyatların səmərəliliyi, tapşırıqlar və layihələri müzakirə etmək üçün serverlər və saxlama qurğuları qrupunun rəhbəri ilə müntəzəm formal görüşlərdə iştirak etmək
  • Bədbəxt hadisələr və ya nasazlıqların serverlər və saxlama qurğuları qrupunun rəhbərinə məruzə edilməsi
  • Maraqlı tərəflərlə bədbəxt hadisələr, baş verən nasazlıq və qüsurlar, həyata keçirilən müvəqqəti və islahedici tədbirlər barədə rəsmi hesabat vermək

İkinci dərəcəli öhdəliklər:

  • Resursların, o cümlədən lokal və bulud resurslarının idarə olunması
  • Saxlama qurğularının, o cümlədən lokal avadanlıqlar və buluda əsaslanan saxlama sistemlərinin idarə olunması
  • Virtuallaşdırma (VMware, Hyper-V, RHEV) prosesinin dəstəklənməsi və həyata keçirilməsi
  • “Docker” və “Kubernetes” platformaları əsasında yüklərin konteynerlərə yüklənməsi
  • Bulud mühitləri arasında məlumatların köçürülməsi, o cümlədən mövcud bulud həll yollarının (özəl və dövlət) idarə olunması
  • Veb serverlərinin istifadəyə verilməsi və istismarı
  • Bulud həll yollarının təqdim olunması prosesinin avtomatlaşdırılması
  • “Windows” və “Linux” əməliyyat sistemlərinin idarə olunması
  • “Active Directory” domeninin, o cümlədən əsas domen xidmətlərinin idarə olunması
  • SMTP protokolunun, o cümlədən “AntiSPAM” sistemlərinin idarə olunması
  • İPA (eyniləşdirmə informasiyalarının idarə olunması) sistemi, LDAP protokolu, o cümlədən SSO və OTP sistemlərinin idarə olunması
  • Yük balansının idarə edilməsi
  • Veb tətbiqlərinin müdafiə sistemlərinin konfiqurasiyası və dəstəklənməsi
  • Terminal və VDİ xidmətləri
  • Qəbul edilmiş prosedurlar əsasında “Kernel” əməliyyat sisteminin və digər sistemlərin gücləndirilməsi
  • Konfiqurasiya vahidlərinin və İT xidmətlərinin vaxtında yenilənməsi yolu ilə CMDB-nin (konfiqurasiyanın idarə olunması üzrə məlumat bazası) aktuallığının təmin edilməsi
  • Proqram təminatlarında lokal nasazlıqların aradan qaldırılması
  • Avadanlıqların yenilənməsi, nasazlıqların aradan qaldırılması və marşrutların idarə olunması üzrə tövsiyələrin verilməsi
  • DNS (özəl və dövlət)
  • DHCP-nin idarə olunması
  • Ehtiyat surətlərin yaradılması və bərpa əməliyyatlarının layihələndirilməsi və həyata keçirilməsi
  • “PAŞA Technology” MMC-nin Data Mərkəzlərinin istismar vəziyyətinin proaktiv şəkildə dəstəklənməsi və gücləndirilməsi
  • “PAŞA Technology” MMC-nin informasiya təhlükəsizliyi siyasəti və məqbul istifadə siyasətinə tam əməl edilməsi
  • “PAŞA Technology” MMC-nin dəyişikliklərin idarə olunması üzrə göstərişlərinə tam əməl edilməsi
  • “PAŞA Technology” MMC-nin bütün inzibati tələblərinin yerinə yetirilməsi
  • Səlahiyyətləri çərçivəsində rəhbərlik tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi
  • Daxili qayda və prosedurlara əməl edilməsi

Bu vəzifə üçün tələb olunan ixtisas, təcrübə və bacarıqlar

Təhsil:

  • Müvafiq sahə üzrə universitet dərəcəsi.
  • Mühəndislik və ya elm kimi texniki sahələr üzrə dərəcəyə üstünlük verilir
  • İT sertifikatları: “Microsoft” (MCP, MCSA) , “Red Hat Certified” (RHCSA , RHCE), “VMware” tövsiyə olunur
  • “Cisco”, “PaloAlto”, “VEEAM”, “Citrix”, “HPE” və “İTİL” üzrə əlavə sertifikatlar üstünlükdür

Təcrübə:

  • Mürəkkəb mühitin idarə olunması üzrə ən azı 4 il təcrübə
  • Dəyişiklik və buraxılışların idarə edilməsi, o cümlədən İTİL mexanizmləri üzrə böyük təcrübə
  • Müvafiq WAN/LAN texnologiyaları, serverin virtuallaşdırılması, saxlama, təhlükəsizlik texnologiyaları, yüklərin konteynerlərə doldurulması və məlumat bazası
  • hərrikləri üzrə təcrübə
  • Mövcud olan və yeni yaranan İT texnologiyaları üzrə dərin bilik
  • “Microsoft Active Directory”, “MS Exchange” və “Windows Servers” üzrə texniki dəstək və əməliyyatların həyata keçirilməsi üzrə təcrübə
  • “Linux” əməliyyat sistemləri (RHEL, Oracle Linux, Suse), “Solaris”, “BSD” sistemləri üzrə təcrübə
  • “Azure”, “AWS” və “GCP” üzrə biliyə sahib olmaq üstünlükdür
  • Müdafiə sistemləri, ruterlər, kommutatorlar, DNS, DHCP, VPN-lər, FTP, internet protokolları və xidmətləri (İPv6 üstünlükdür), məlumat ötürmə məhsulları üzrə bilik
  • Saxlama ərazisi şəbəkələri və protokolları (FCP, FCİP, FCoE), çox trayektoriyalı texnologiyalar (MPİO), disklər, həcmlər, montaj nöqtələri, LUN maskalanma və VSAN-
  • rin aydın şəkildə başa düşülməsi
  • Avadanlıqlara xidmət bacarıqları
  • OSİ modelinin başa düşülməsi
  • Tam ştatlı işləməyə hazır olmaq
  • Data Mərkəzləri mühiti üzrə bilik

Kompüter bacarıqları:

  • “Visio” və “AutoCAD” proqram təminatları üzrə anlayışa sahib olmaq
  • “Microsoft Office” proqramları və alətlərindən istifadə bacarıqları
  • İT və şəbəkə sistemləri üzrə təcrübəyə sahib olmaq üstünlükdür
  • Proqramlaşdırma dilləri (“Python” və s.) üzrə təcrübəyə sahib olmaq üstünlükdür
  • Data Mərkəzləri mühiti və “Tier” standartları üzrə bilik

Dil bilikləri:

  • İngilis dili – Yaxşı
  • Azərbaycan dili – Ana dili
  • Rus dili – Yaxşı
  • Fərdi bacarıqları Davranışlar
  • Biliyini artırmaq və özünü inkişaf etdirmək arzusu
  • Gündəlik əməliyyatlarda dürüst olmaq: hər zaman düzgün addımları düzgün yollarla atmaq
  • Əməliyyatların keyfiyyətini təmin etmək
  • Qurum daxilində, həmkarlar, təchizatçılar və tərəfdaşlarla sıx əməkdaşlıq prinsiplərinə əməl etmək

E-mail: talents@pasha-technology.com

Oxşar vakansiya siyahısı:

Proqram təminatı üzrə aparıcı mühəndis (Senior Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...

Kontakt Home

17.04.2024 - Bakı

HelpDesk (kiçik mütəxəssis)

BERC Group MMC HelpDesk (kiçik mütəxəssis) vakansiyası üzrə işə qəbul elan edir. ...

BERC Group

29.03.2024 - Bakı

Proqram təminatı üzrə mühəndis (Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...

Kontakt Home

19.03.2024 - Bakı

Proqram təminatı üzrə aparıcı mühəndis (Senior Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...

Kontakt Home

19.03.2024 - Bakı