Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Azərbaycan Beynəlxalq Bankı İnzibati binalara xidmət şöbəsinə sənədləşmə üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Görəcəyiniz işlər:
- Bankın strukturlarından daxil olan sorğuların icra olunması;
- Dövlət orqanlarına sənədlərlə bağlı müraciətin edilməsi;
- Məktubların və ərizələrin yazılması;
- Banka məxsus və ya bankın istifadəsində olan binaların sənədləşmə işinin aparılması.
Bizim üçün ideal namizəd:
- Ali təhsilli (hüquqi və ya iqtisadi);
- Minimum 3 il sənədləşmə üzrə iş təcrübəs olani;
- Ofis proqramlarında sərbəst iş bacarığı olan şəxsdir.
Analoji sahə üzrə bank təcrübəsi olanlara üstünlük veriləcək
Bu iş sizə nələri qazandıracaq:
- Bank sahəsində iş proseslərini dərindən öyrənmək imkanı;
- Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;
- Zəngin təcrübə qazanmaq və fərdi inkişaf imkanı;
- Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı;
- Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik komandanın bir üzvü olmaq.
Axtardığımız ideal namizəd sizsinizsə öz CV-nizi 27 mart 2020-ci il tarixinədək cv@ibar.az elektron ünvanına göndərə bilərsiniz.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Sənədləşmə üzrə mütəxəssis” şəklində göstərilməsi xahiş edilir.
Əlavə məlumat üçün: www.ibar.az
Oxşar vakansiya siyahısı:
Brand Credit BOKT İnsan Resursları Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Ə/h razılaşma yolu ilə. Zeytun Pharmaceuticals İnsan Resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
OBA marketlər şəbəkəsi Təşkilati İnkişaf və Dizayn üzrə Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Sea Breeze Construction İnsan Resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...