Sənədləşmə üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. AVT Logistics Sənədləşmə üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Yüksək səviyyədə Excell biliyi olmalıdır.

Şirkət haqqında: 1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 14.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2021-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə: Sənədləşmə üzrə mütəxəssis.
İş yeri: Bakı şəhəri,Məhəmmədi qəs.
İş təcrübəsi: 1 il
Təhsil: Ali təhsil(Filologiya üzrə təhsil alanlara üstünlük veriləcəkdir)

İşin Təsviri: Sənəd dövriyyəsinin təmin olunması.

Vəzifə öhdəlikləri:

  • Daxil olan sənədləri qəbul etmək və qeydiyyatını aparmaq;
  • Sənədləri aidiyyatı üzrə bölüşdürmək və icraçılara çatdırılmasını təşkil etmək;
  • Sənədlərin göndərilməsini təşkil etmək;
  • Sənədlərin icra müddətinə nəzarət etmək;
  • Sənədlərin surətini çıxarma, çoxaltma və elektronlaşdırma işini həyata keçirmək;
  • Sənədləri işlər üzrə formalaşdıraraq arxivə vermək;
  • Sənədlərdən istifadə edilməsini təmin etmək;
  • Aşkar edilmiş sənədləri aktla təhvil almaq;
  •  Ay ərzində göndərilən sənədlərin siyahısını poçt xidmətləri ilə tutuşdurmaq və poçt xidmətinə görə daxil olan hesabları dəqiqləşdirmək;
  • Göndərilən sənədlərin ünvana çatmasına davamlı olaraq nəzarət etmək və çatma xəbərnamələrini poçt xidmətindən tələb etmək;
  • Xaricdən şirkətə nümunə malların gətirilməsini təşkil etmək;
  • Zəruri sənədlərdə düzəlişlər aparmaq;
  • Korlanmış rəsmi blankların hesabatını aparmaq;
  • Hər ayın ilk həftəsi sənəd dövriyyəsinin (filiallarla birlikdə), poçt məsrəfləri və düzəlişlərin hesabatını vermək.

Tələblər:

  • Azərbaycan dilində yüksək yazı bacarığı;
  • Microsoft Office kompüter proqramlarından sərbəst istifadə etmək bacarığı.
  • Rus və İngilis dili biliklərinin olması üstünlükdür.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

  • İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
  • Nahar ilə təmin edilmə.
  • Endirimli tibb xidməti.

İş qrafiki: 5 günlük

Müraciət qaydaları: cv@avtlogistics.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını “Sənədləşmə üzrə mütəxəssis” yazmaqla müraciət edilir.

Oxşar vakansiya siyahısı:

İnsan Kapitalı üzrə Biznes Partnyor

Unibank Kommersiya Bankı İnsan Kapitalı üzrə Biznes Partnyor vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

25.04.2024 - Bakı

700₼
Ofis Meneceri

Health Pharm dərman şirkətinə ofis meneceri tələb olunur ...

Health Pharm

18.04.2024 - Bakı

400 — 500 ₼
Ofis Meneceri

Deziline MMC Ofis Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Deziline MMC

16.04.2024 - Bakı