Şəbəkənin optimallaşdırılması və inkişafı şöbəsinə mütəxəssis/ aparıcı/baş mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Kapital Bank Şəbəkənin optimallaşdırılması və inkişafı şöbəsinə mütəxəssis/ aparıcı /baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Öhdəliklər:

  • Xidmət nöqtələrinin optimallaşdırılması və inkişafı üzrə layihələri hazırlayır, təsdiq olunmuş layihələrin icrasına nəzarət edir
  • Bankın strateji hədəflərinin icrası məqsədilə xidmət nöqtələrinin satış və xidmət üçün uyğun ərazidə yerləşməsini analiz edir və təmin edir.
  • Digər struktur bölmələr tərəfindən həyata keçirilən və xidmət nöqtələrinin işinin səmərəliliyini artırmaq yönümlü layihələrdə iştirak edir.
  • Xidmət nöqtələrinin açılması, bağlanması, relokasiyası, əsaslı təmiri, daxili quruluşun təyin edilməsi, optimal yerləşmə planının hazırlanmasını təşkil edir.
  • Xidmət nöqtələrinin zəruri hüquqi sənədlərlə lazımi qaydada təmin olunmasını təşkil edir.
  • Xidmət şəbəkəsində elekton növbəlilik sisteminin qurulması, yeni layihələrin tətbiq edilməsi və bununla bağlı digər işlərin görülməsini təşkil edir.
  • Xidmət nöqtələrində əsas vəsaitlər, istifadə olunan zəruri avadanlıqların təhlilinin aparılması ilə optimal sayların təyin edilməsini  və yerləşmə planının hazırlanmasını təşkil edir.
  • Xidmət nöqtələrindən həlli şöbəyə aid müraciətlər üzrə təkliflər hazırlayır.

Tələblər:

  • Ali təhsil;
  • Riyazi hesablama və analitik mühakimə etmək qabiliyyəti;
  • MS Office proqramları üzrə biliklər (Excel bilikləri) ;
  • Maliyyə bilikləri (ACCA və s. üzrə sertifikatların olması arzuolunandır);
  • Bank sahəsində və ya analitika ilə bağlı digər sahədə iş təcrübəsi.
  • Dil bilikləri: ingilis dili –yaxşı, rus dili – arzuolunandır.
  • Gərgin iş qrafikində işləmək bacarığı.

Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək (https://hr.kapitalbank.az/vac/detail?vacancyId=2078) və ya hr@kapitalbank.az mail ünvanına CV-nizi göndərərək vakansiyamıza müraciət edə bilərsiniz.

Oxşar vakansiya siyahısı:

Maliyyə meneceri

AZDIZAYN GROUP Sosial Media Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

23.04.2024 - Bakı

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı

500₼
Mühasib Kassir

CMT Group MMC Muhasib -kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

06.04.2024 - Gəncə

Mühasib

TEZ Logistics MMC şirkəti Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

TEZ Logistics

27.03.2024 - Bakı