Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Boranı restoranlar şəbəkəsi Şəbəkə üzrə Logistika meneceri (onlayn çatdırılma xidməti) vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri
- Şəbəkə üzrə onlayn çatdırılma sisteminin qurulması və aparılması;
- Tədarük ediləcək məhsulların haradan alınacağı, çatdırılma şərtləri və qaydalarının işlənib hazırlanması;
- Logistika təchizatçısının idarə edilməsi üzrə cavabdehlik daşıması;
- Qısamüddətli və sərfəli çatdırılma xidməti üçün nəqliyyat məsələləri ilə bağlı təkliflər planının hazırlanması;
- Çatdırılma sifarişinin düzgün emal edilməsi və daxil olan/çıxarılan mal üçün qaimənin verilməsi işinin təşkili;
- Onlayn çatdırılma xidməti üzrə sifarişlərin gündəlik/aylıq hesabatının tərtib edilməsi;
- Mövcud müştərilərlə əlaqələrin saxlanılması və inkişafı, müştəri bazasının yaradılması;
- Çatdırılma xidməti üzrə tabeçiliyində olan işçilərə nəzarət, onlar arasında iş bölgüsünün aparılması;
- Şirkətin logistika əməliyyatlarının yerinə yetirilməsi və xarici əlaqələrin inkişafının təşkili;
- Daim bazar araşdırmasını aparmaqla sistem üzərində yeniliklər təklif etməli;
- Beynəlxalq şirkətlər, partnyorlar və müştərilər ilə müntəzəm yazışmaların aparılması və uzunmüddətli əlaqələrin yaradılması;
- Beynəlxalq konfrans, seminar və görüşlərdə şirkəti təmsil etmək;
- Rəhbərlikdən görəcəyi işlər barədə tapşırıqları alaraq zamanında yerinə yetirilməsi.
Namizədə olan tələblər:
- Yaş 30-45
- Kişi namizədlərə üstünlük verilir.
- Ali təhsil (minimum bakalavr);
- Uyğun sahədə ən azı 5 il iş təcrübəsi;
- Kompyuter biliyi;
- İdarəçilik qabiliyyətinə malik olmalı;
- Produktiv fikirləşmək bacarığı
- Yerli və xarici şirkətlərdən maksimum tez müddətdə verilən sorğulara təklif almaq;
- Dil biliyi: Azərbaycan və rus dilini sərbəst bilməli.
İş şəraiti və əmək haqqı:
- 6 günlük iş rejimi (şənbə günü qısa iş saatı: 09:00-14:00);
- Şirkət tərəfindən naharla və korporativ nömrə ilə təmin edilmə;
- Əmək haqqı – müsahibə əsasında.
Uyğun namizədlərin CV-lərini lamiya.amirova@borani.az elektron ünvanına müraciət olunan vəzifənin adını email-ın mövzu hissəsində Şəbəkə üzrə Logistika meneceri (onlayn çatdırılma xidməti) qeyd etməklə göndərməkləri xahiş olunur. Əks təqdirdə belə müraciətlərin namizədliyinə baxılmayacaqdır.
Oxşar vakansiya siyahısı:
Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...
Premium Bank Əməliyyat risklərinin idarə edilməsi üzrə aparıcı/baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
INEO Group şirkəti Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
INEO Group şirkəti Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Dashyunu.az MMC şirkəti 1C Operator vəzifəsi üzrə vakansiya elan edir. Analitik düşüncə qabliyyəti və riyazi bilik səviyyəsi olmalıdır. ...
Meqa Həyat Sığorta şirkəti Mühasib - aktuar vəzifəsi üzrə vakansiya elan edir. ...
Dashyunu.az MMC şirkəti Maliyyə Direktoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Brand Credit BOKT Baş Kredit Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Əmək haqqı 700 + Bonus. Brand Credit BOKT Aparıcı Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Brand Credit BOKT Kredit Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...