Qısa məzmun
Sinteks şirkəti 1C Administrator (SSI Retail) vəzifəsi üzrə vakansiya elan edir.
Sinteks Şirkətlər qrupuna hal hazırda Sistem və Şəbəkə üzrə Administrator tələb olunur.
Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.
Vəzifənin rolu:
Bu vəzifənin rolu şirkətin İT sistemlərinin, daxili server və şəbəkələrini idarə etməkdir.
Vəzifə öhdəlikləri:
- Şəbəkələrin və server infrastruktur işinin təşkili;
- Mağaza, ofis və serverdə internet kanallarının sabit işinin təşkili;
- Elektron ünvan serverinin sabit işinin təşkili;
- Məlumat bazasının təhlükəsiz saxlanılması;
- Ehtiyyat nüsxələrinin gündəlik çıxarılması işinin təşkili;
- Server avadanlığının idarəetməsi, lazimi halda yenilənməsi;
- Əsas sistemdə problem yarandıqda verilənlər bazasının ehtiyat iş prosesinin təmin edilməsi;
- Ofis və mağazalarda proqram təminatı işinin təşkili;
- Kompüter və digər texniki avadanlıqların işlək vəziyyətdə olmasının təminatı.
Əsas tələblər:
Təhsil:
- İT, kompüter elmləri və ya əlaqəli təhsil sahəsində bakalavr dərəcəsi.
- Peşəkar sertifikata üstünlük verilir ( MCSA, MCSE, CCNA,CCNP, VCP, CompTIA A+ və s.)
Təcrübə:
- Müvafiq vəzifə üzrə ən azı 3 il iş təcrübəsi
Professional Biliklər:
- Windows Client və Server əməliyyat sistemləri üzrə biliklər;
- Server platformaları, Active Direcoty, MS Exchange, Vmware, GPO üzrə dərin biliklərinin olması;
- SAN və NAS Storage texnologiyaları üzrə biliklər.
- TCP/IP, NAT, Routing and Switching, Site to Site İpSec VPN Tunnel, Load Balancing, DHCP, DNS, RDP, Radius, CA üzrə dərin biliklər;
- Vmware – ESX, ESXI, vCenter və Microsoft Hyper-V kimi virtuallaşdırma üzrə biliklər.
- Backup sistemləri üzrə biliklərin olması (Acronis, Norton, Symantec, Veeam və s.);
- AP, Switch, Firewalls və s. Şəbəkə avadanlıqların sazlanması (Cisco, Fortigate, HPE, Mikrotik, Ubiquiti və s);
- İP PBX ilə iş təcrübəsi (Asterisk, 3CX, Kerio Operator) ;
Professional Bacarıqlar və Kompetensiyalar:
- Liderlik
- Detallara diqqət
- Analitik düşüncə
- Zamanın idarəolunması
- Məsuliyyət
- İş bölgüsü
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Sistem və Şəbəkə üzrə Administrator” qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
ERP-INTEL" MMC şirkəti olaraq "Business Analyst" vakansiyası aktivdir, ...
Təlimçi Data İngilis dili (Data Science üçün ) həftədə 1 dəfə olmaqla dərslər keçəcəkdir. ...
Kontakt Home Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...
BERC Group MMC HelpDesk (kiçik mütəxəssis) vakansiyası üzrə işə qəbul elan edir. ...