Şəbəkə Monitorinqi üzrə mühəndis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Azerconnect LLC Şəbəkə Monitorinqi üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Problem həll etmə bacarığı olmalıdır.

Şirkət : Azerconnect
Funksiya : Şəbəkə Texnologiyaları
İş qrafiki : Həftənin 5 günü saat 09:00-dan 18:00-dək. İşin tələblərinə əsasən ofisdən və evdən çalışa biləcəksiniz
Son müraciət tarixi : 30 Aprel 2021
Müqavilə müddəti : Daimi

Azerconnect İnformasiya və Kommunikasiya Texnologiyaları sahəsində korporativ müştərilərin ehtiyaclarına uyğun xidmətlər və optimal həllər təqdim edən B2B (Business to Business – Biznesdən biznesə) şirkətdir.

Komandamıza qoşulmaqla siz rəqabətli, yenilikçi və həvəsləndirici korporativ mühitdə yerli və xarici peşəkarlarla çalışmaq, telekommunikasiya sahəsində təcrübə və səriştə qazanmaq, karyerada irəliləmə və inkişaf etmək imkanı əldə edəcəksiniz.

Şəbəkə Monitorinqi üzrə mühəndis fasiləsiz olaraq Mobil/Transmissiya/İT və İntellektual Şəbəkənin qüsursuz fəaliyyətinin təmin edilməsində məsuliyyət daşıyır.

Şəbəkə Monitorinqi üzrə mühəndis olaraq sizin vəzifə öhdəlikləriniz

  • İş növbəsi ərzində Mobil/Transmissiya/İT və İntellektual Şəbəkənin qüsursuz fəaliyyətini təmin etmək və abunəçilərin problemlərini həll etmək üçün Mobil/Transmissiya və İT Şəbəkənin monitorinq fəaliyyətinə, həmçinin nasazlıq haqqında bildirişlərin emalına görə məsuliyyət daşımaq;
  • Şəbəkə, İT, İntellektual Şəbəkə və ya abunəçi tərəfində yaranan hər hansı problemin qeydiyyatına, bu haqda məlumat verilməsinə və aidiyyəti yerlərə çatdırılmasına görə məsuliyyət daşımaq;
  • Təsirə məruz qalmış xidmətləri müəyyən etmək;
  • İlkin analiz aparmaq;
  • Hesab (billing) təqdim etmə və Satış şöbələrindən daxil olan sorğulara əsasən VİP müştərilərə aid olan məsələləri aydınlaşdırmaq və onlara qarşı düzəldici və qabaqlayıcı tədbirlər görmək;
  • Abunəçilərin Reyestri (HLR) sistemi vasitəsilə müştərilərin problemlərini həll etmək və düzəldici tədbirlər görmək;
  • Əsas keyfiyyət göstəricilərinin həyəcan siqnallarına, Radio/Transmissiya və əsas şəbəkə elementlərinin vəziyyətinə, səs, SMS və Data trafikində eniş və çıxışlara nəzarət etmək;

Vəzifənin tələbləri:

  • Telekommunikasiya və ya informasiya texnologiyaları sahəsində ali təhsil;
  • Telekommunikasiya sahəsində minimum 2 il iş təcrübəsi;
  • MS Ofis proqramlarını yaxşı bilmək;
  • Şəbəkə və sistem idarəetmə üzrə təməl biliklər;
  • Ünsiyyət bacarığı;
  • Problem həll etmə bacarığı;
  • Təzyiq altında işləmək bacarığı;
  • Azərbaycan (Səlis), İngilis (Orta) və Rus (Orta) dillərini bilmək;

Müraciət etmək üçün

CV-nizi recruitment@azerconnect.az mail ünvanına göndərməyinizi xahiş edirik.
Şirkətimzdə mövcud digər vakansiyalarla tanış olmaq üçün www.azerconnect.az səhifəsinə keçid ala bilərsiniz.
Başlıqda “Şəbəkə Monitorinqi üzrə Mühəndis” qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiya siyahısı:

İngilis dili (Data Science üçün )

Təlimçi Data İngilis dili (Data Science üçün ) həftədə 1 dəfə olmaqla dərslər keçəcəkdir. ...

Eduaz.com

24.04.2024 - Bakı

Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis

Kontakt Home Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Beynəlxalq Bankı

23.04.2024 - Bakı

Proqram təminatı üzrə aparıcı mühəndis (Senior Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...

Kontakt Home

17.04.2024 - Bakı

HelpDesk (kiçik mütəxəssis)

BERC Group MMC HelpDesk (kiçik mütəxəssis) vakansiyası üzrə işə qəbul elan edir. ...

BERC Group

29.03.2024 - Bakı