Qısa məzmun
Aznet Technologies QSC Şəbəkə inzibatçısı vəzifəsi üzrə vakansiya elan edir.
“Aznet Technologies” QSC Telekommunikasiya şirkətinə “Şəbəkə inzibatçısı” tələb olunur.
Əmək haqqı: 1200 AZN (NET)
Tələblər:
- Təhsil: Ali təhsil (İnformasiya texnologiyaları və sistem mühəndisliyi, kompüter elmləri və ya kompüter mühəndisliyi üzrə ali təhsili olanlara üstünlük verilir);
- Sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Ünsiyyət qurabilmə, analiz və təhlillər apara bilmək bacarığı olmalı;
- Dil bilikləri: Azərbaycan dili sərbəst, Rus dili arzuolunandır;
- Professional etik davranışları, gərgin şəraitdə işləmə bacarığı, (Vaxtın düzgün idarə edilməsi sahəsində təcrübəli mütəxəssislərə üstünlük verilir.);
- Eyni zamanda bir neçə layihəni idarə etmək üçün güclü liderlik, düzgün proqnoz vermək və təşkilatçılıq bacarıqları;
Vəzifələr:
- LAN, WAN və WLAN şəbəkələri ilə işləmək bacarığının olması;
- Şəbəkə texnologiyaları və protokollar ilə işləmək bacarığının olması (MPLS, GPON, Ethernet, Wireless, QoS, STP, EtherChannel, P2P, TCP/IP, DHCP v.s);
- Müxtəlif şəbəkə avadanlıqların quraşdırılması və onlarla işləmək bacarığı (NGFirewall, Router, Switch, Access Point, Wireless Controller v.s);
- Şəbəkədə yaranan problemlərin qısa müddətdə analizi və aradan qaldırılması;
- Dəyişikliklər, profilaktik işlər və problemlərlə bağlı bütün aidiyyəti işçi qrupların məlumatlandırılması;
- Şəbəkə infrasturkturu üçün texniki səndələşmənin təşkili və sistemdə edilən dəyişikliklərin, problemlərin qeydiyatının aparılması;
- Şəbəkə avadanlıqlarının quraşdırılmasının optimal şəkildə həyata keçirilməsi;
- Müntəzəm olaraq şəbəkəyə aid avadanlıq və sistemlərin monitorinq edilməsi;
- Şəbəkəyə aid avadanlıq və sistemlərin loqlarının daimi və düzgün şəkildə aparılmasının təmin edilməsi;
- Vəzifəsi üzrə departament müdiri və şöbə müdiri tərəfindən verilən tapşırıqların vaxtında yerinə yetirilməsi.
İş şəraiti:
İş qrafiki: Növbəli iş qrafiki: səhər növbəsi, gecə növbəsi, 2 gün istirahət
İşə qəbul AR Əmək Məcəlləsi qanunvericiliyinə uyğun olaraq aparılır.
Ünvan: Çinar Park Biznes Mərkəzi. 4-cü bina 5 ci mərtəbə
Email: cv@az-net.az
CV göndərilərkən məzmun yerində “Şəbəkə inzibatçısı” qeyd olunması mütləqdir.