Qısa məzmun
Veysəloğlu MMC Şəbəkə İnzibatçısı Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
“Veysəloğlu” MMC İnformasiya Texnologiyaları Direktorluğunda, “Şəbəkə İnzibatçısı Mütəxəssisi” vakansiyasını elan edir. Ətraflı məlumatla aşağıda tanış ola bilərsiniz:
Vəzifə öhdəlikləri:
- Şirkətin şəbəkə infrastrukturunun layihəsinin hazırlanmasında iştirak etmək;
- Qurulacaq şəbəkələrin fiziki və məntiqi topoloji sxemlərini hazırlayıb və yenilənməsinə nəzarət etmək;
- Şəbəkə infrastrukturu üçün texniki sənədləşməni təşkil etmək;
- Aktiv və passiv şəbəkə avadanlıqlarının quraşdırılmasını, konfiqurasiyasını yerinə yetirmək;
- Şəbəkə yükü və trafik optimizasiyasını təhlil edib və təkliflər vermək – Telekommunikasiya avadanlıqlarının fasiləsiz işinin təmin etmək;
- Şəbəkə resurslarında risklərin qiymətləndirilməsi üzrə təkliflər vermək;
- Məsuliyyət daşıdığı sahələrdə informasiya təhlükəsizliyinin qorunması üçün müvafiq tədbirlər görmək.
Tələblər:
- Ali Təhsil ;
- Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
- Şəbəkə Texnologiyaları: TCP/IP, DNS, DHCP, VPN, NAT, routing protokolları (BGP, OSPF, EIGRP) və şəbəkə topologiyalarında nəzəri və praktik bacarıqlar;
- Avadanlıqların İdarə Edilməsi: Cisco, Juniper kimi şəbəkə cihazları ilə təcrübə;
- Firewall və Təhlükəsizlik Texnologiyaları: Şəbəkə təhlükəsizliyi qaydaları və firewall ( Fortinet, Palo Alto) idarəetməsində təcrübə. Wi-Fi Texnologiyaları: Enterprise Wi-Fi konfiqurasiyası və problem həlli;
- Şəbəkə Monitorinqi: Şəbəkə monitorinqi üçün proqram təminatları ( SolarWinds, Nagios, Zabbix) ilə işləmə təcrübəsi;
- Trafik Analizi və Problem Həlli: Wireshark və digər analiz alətləri ilə şəbəkə problemlərini aşkar etmək bacarığı;
- CCNP sertifikatı biliklərinə sahib olmaq ( sertifikat arzuolunandır)
Şəxsi keyfiyyətlər:
- Problemlərin həll olunmasında kreativ yanaşma.
- Komandada işləmək bacarığı.
- Stressə davamlılıq və vaxtın idarə edilməsi bacarığı.
Təkliflər:
- Müxtəlif maraqlı layihələrdə iştirak və peşəkar inkişaf imkanı.
- Təlim və sertifikat proqramlarına dəstək.
- Əməkhaqqı: Müsahibə əsasında təyin olunacaq.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə.
- İş yeri: Bakı şəhəri
- İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək
Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Şəbəkə İnzibatçısı Mütəxəssisi” qeyd etməklə recruitment@veyseloglu.az elektron poçt ünvanına və ya https://karyera.veyseloglu.az/ saytına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.
Oxşar vakansiya siyahısı:
Inci Group of Companies LLC İT Texnik vəzifəsi üzrə vakansiya elan edir. ...
AzəriMed LLC Proqram Layihəsinə Dəstək üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Inci Group of Companies LLC İT Texnik vəzifəsi üzrə vakansiya elan edir. ...
Honey Bee Development Capital (HBDC) Texnologiya və İnnovasiya şöbəsinə “İT Biznes Analitik – Responsible Finance Platforması” vəzifəsi üzrə vakansiya e ...
AS Group Data Analitik vəzifəsi üzrə vakansiya elan edir. ...
PROSYS LLC İT üzrə Biznes Analitik vəzifəsi üzrə vakansiya elan edir. ...
Apar şirkəti Mobil Tətbiq üzrə Məhsul Təcrübəçi vəzifəsi üzrə vakansiya elan edir. ...
Aznet Technologies QSC Telekommunikasiya şirkətinə Biznes analitik tələb olunur. ...
Aznet Technologies QSC Şəbəkə inzibatçısı vəzifəsi üzrə vakansiya elan edir. ...