Qısa məzmun
Kontakt Home Sayım üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Link: https://qlor.me/lgkht5sn
Vəzifə öhdəlikləri:
- İş planına əsasən anbar qalığının sistem və faktiki göstəricilər üzrə yoxlanılması;
- İş planına əsasən anbarlarda fiziki şəkildə sayımın həyata keçirilməsi;
- Sayım əsasında sistem üzrə məhsul sayı faktiki məhsul sayından fərqli olduqda səbəblərin araşdırılması və aktlaşdırılması;
- Məhsul qalıqlarında aşkarlanan problemlər sistem xətası ilə əlaqəli olduqda düzəlişlər edilməsi üçün müraciətlərin aidiyyəti üzrə ünvanlanması;
- Ehtiyac olduqda məhsulların anbara mədaxil və anbardan məxaric sənədlərinin sistem üzrə yoxlanması;
- Sayım zamanı texniki təhlükəsizlik qaydalarına riayyət etməli, habelə, məhsulların yerləşmə ardıcıllığının qorunması və məhsulların zədələnməsinə şərait yaradılmamasının təşkili;
- Sayım prosesinin yekununda bütün məlumatların aktlaşdırılması və struktur rəhbərinə təqdim edilməsi;
- Hazırlanmış check list əsasında anbar ərazilərinin auditini həyata keçirmək;
- Əlaqəli şöbələrlə məlumat və sənəd mübadiləsinin təşkili;
- Yeni cəlb olunmuş əməkdaşların adaptasiya və təlim işinin təşkil edilməsi;
- İş prosesinin sürətlənməsi və əməliyyat xərclərinin optimallaşdırılması istiqamətində yeni təkliflərin hazırlanıb rəhbərliyə təqdim olunması;
- Şöbə rəhbərinin tapşırığı ilə işə aid digər əməliyyatların icra edilməsi, eləcə də, hesabatların hazırlanlanıb, təqdim olunması.
İş şəraiti:
- 5 günlük iş günü.
Tələblər
- Ali təhsil (İqtisadi, İdarəetmə, Texniki sahələr üzrə arzu olunandır);
- Audit sahəsi üzrə nəzəri və praktiki biliklər;
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Səlis formada şifahi və yazılı Azərbaycan dili biliyi, Rus və İngilis dili bilikləri arzuolunandır;
- MS Offis proqramlarını sərbəst istifadə etmə bacarığı;
- Korporativ yazışma və işgüzar danışıqlar aparma bacarığı;
- Riyazi, məntiqi biliklər;
- Analitik düşünmə, təhliletmə qabiliyyəti;
- Komanda ilə işləmə bacarığı;
- Ezamiyyəyə açıq olması;
- Sərbəst qərar verə bilmə bacarığı.
Oxşar vakansiya siyahısı:
Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...