Qısa məzmun
Ferrum Capital Satışın inkişafı üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Hansı özəlliklərə malik olmalıdır?
- Ali təhsil;
- 21-29 yaş aralığında gənclər;
- Əla səviyyədə azərbaycan dili (rus dili üstünlükdür);
- Komanda ilə işləməyi bacarmaq, işinə həvəsli və özünü təkmilləşdirməyə meyilli olmaq;
- Ünsiyyət və inandırma bacarığının olması;
- Analitik düşünmək, diqqətli olmaq, təşəbbüs göstərməkdən qorxmamaq;
- Hədəf yönümlü olmaq;
- Düzgün səs tonuna və düzgün diksiyaya malik olmaq;
- Satış sahəsi üzrə karyera qurmağı planlamaq.
Satışın inkişafı üzrə kiçik mütəxəssis nə iş görür?
- Partnyorlarla birbaşa görüşərək əməkdaşlığı inkişaf etdirmək və qoyulmuş satış hədəflərini yerinə yetirmək;
- Təqdim edilmiş yeni təkliflərin qiymətləndirilməsi, analiz edilməsi;
- Mövcud məhsul və xidmətlərlə bağlı trendleri təqib etmək, axsayan əməliyyatlarla bağlı proseslərinin yaxşılaşdırılması üçün təkliflər hazırlamaq;
- KPI-lara əsasən hədəfə yönəlik satış və hərəkət planları hazırlmaq;
- Partnyorların sorğularını cavablandırmaqla satış sonrası texniki dəstək göstərmək;
- Partnyor ilə şirkət arasında koordinasiyanın yaradılması;
- Lazımi hesabatların hazırlanması.
Əlavə məlumat:
- Bazar ertəsi – Cümə: 09:30 – 18:30
- Şənbə: 10:00 – 14:00
- Əmək haqqı: 300-500 AZN + Bonus
Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Satışın inkişafı üzrə kiçik mütəxəssis” qeyd etməklə göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Oxşar vakansiya siyahısı:
Satış meneceri
Uragan-Group Satış menceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Korporativ satış meneceri
Mətanət A Şirkətlər Qrupu Korporativ satış meneceri vəzfifəsi üzrə vakansiya elan edir. ...
Satış təmsilçisi- Fasad cəbhə sistemləri üzrə
Mətanət A Şirkətlər Qrupu Satış təmsilçisi- Fasad cəbhə sistemləri üzrə vəzifəsi üzrə vakansiya elan edir. ...
Satış təmsilçisi
Mətanət A Şirkətlər Qrupu Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...