Qısa məzmun
Ə/h 300 -500 AZN. Ferrum Capital Satışa dəstək üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Ana dilində səlis danışıq olmalıdır.
Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital MMC İlkin təqib şöbəsi üzrə kiçik mütəxəssis vakansiyasını elan edir.
Vəzifə öhdəlikləri:
- Yeni müqavilələrin bağlanması üçün potensial müştərilərlə görüşlərin təşkili
- Mövcud müştərilərlə danışıqların aparılması, məhsul və xidmətlər barəsində müştərilərin məlumatlandırılması
- Müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə əlaqələrin qurulması
- Gün ərzində keçirdiyi görüşlər və danışıqlar barədə qeydlərin aparılması və hesabatlar hazırlaması
- Təklifin izlənilməsi və müştəri ilə razılaşdırılması
- İşlədiyi şöbənin fəaliyyəti ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirilməsi
İş qrafiki:
- Bazarertəsi – Cümə: 10:00 – 19:00
- Şənbə: 10:00 – 14:00
- Əmək haqqı: 300-500 AZN + Bonus
- Əlverişli iş mühitində çalışmaq imkanı
- Karyera və inkişaf perspektivləri
Namizəddə tələblər:
- 21-29 yaş aralığında olan namizədlər
- Ali təhsil
- Ana dilində səlis danışıq (Rus dili arzu olunandır)
- Müştəri yönümlülük, təqdimetmə bacarığı
- Səliqəli görünüş, düzgün danışıq qabiliyyəti və inandırmaq bacarığı
- Ünsiyyətcil, məsuliyyətli və komandada işləmək bacarığı
- Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Satışa dəstək üzrə kiçik mütəxəssis” qeyd etməklə hr@ferrumcapital.az e-mail ünvanına göndərmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
\Supertoys oyuncaq mağazasının Sədərəkdə yerləşən mağazasına satış təmsilçiləri tələb olunur. ...
Super Toys Korporativ Satış üzrə Mütəxəssis vəzifəsi üzrə akansiya elan edir. ...
Doğtaş Mebel MMC Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
189 Taxi Satış Aqenti vəzifəsi üzrə vakansiya elan edir. ...
Zuleykha Accessories dəbli aksessuar butikinə Satış Mütəxəssisi tələb olunur. ...
Abşeron-Şərab ASC Merçendayzer vəzifəsi üzrə vakansiya elan edir. ...