Qısa məzmun
AIR Group Satış və marketinq şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Komandada işləmə bacarığı olmalıdır.
Namizədə tələblər:
- Təhsil:Ali
- Yaş həddi: 22-30;
- Kompüter biliyi: MS Office (Word, Excel, Outlook, PowerPoint);
- Azərbaycan və İngilis dilləri yüksək, Rus dili yaxşı səviyyədə olmalı;
- Loyallıq proqramı ilə iş təcrübəsi üstünlükdür.
Namizədə tələblər:
- Dzgün şifahi nitq qabiliyyəti, ünsiyyət qurma bacarığı;
- Analitik düşünmə qabiliyyəti;
- Yenilikçi, kreativ olmaq, sahə üzrə trendləri görmək;
- Detallara diqqət etmək, yaradıcı və məsuliyyətli olmaq, təqib etməyi bacarmaq;
İş barədə məlumat
- Müştərilər üçün təklif paketlərinin hazırlanması;
- Şirkətlərlə korporativ danışıqların aparılması;
- Müştərilərlə görüşlərin keçirilməsi;
- Satışların təşkili, planlaşdırılması və müqavilələrin bağlanması;
- Bazarın, rəqiblərin müntəzəm araşdırılması və təhlilinin aparılması;
- Görülən işlər barədə həftəlik, aylıq və illik hesabatların şöbə müdirinə təqdim edilməsi; Müştəri bazası və yerli bazardakı trendlərin təhlilinin aparılması, müştərilərin tələblərini öncədən praqnozlaşdırılması; Məqsədyönlü marketinq və loyallıq sahələrində yerli bazardakı dinamik trendlərin monitorinqi və təhlili;
- Hədəf qruplarının satış səviyyəsinin artırılması və digər məhsulların satışının icrasına təkan vermək üçün müvafiq bölmələr ilə əməkdaşlıq edilməsi;
Əlavə məlumatlar:
- Əmək haqqı: müsahibə əsasında
- İş qrafiki: 5 gün, 09:00 – 18:00.
Xanım namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Satış və marketinq şöbəsinin mütəxəssisi” sözlərini qeyd edərək hr@airgroup.az e-ünvanına göndərsinlər.
Oxşar vakansiya siyahısı:
Marketing manager
İceland şirkəti Marketing manager vəzifəsi üzrə vakansiya elan edir. ...
1000₼
Sosial Media Reklamları üzrə MütəxəssisRAM Holding Sosial Media Reklamları üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Veb Yerləşdirmə üzrə Mütəxəssis
Azerfon Veb Yerləşdirmə üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...