Satış və Marketinq şöbəsinin müdiri
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Quba Palace Hotel Satış və Marketinq şöbəsinin müdiri vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Gündəlik olaraq  məsuliyyəti daxilində olan sahənin əməliyyatların  ən yaxşı şəkildə icra edilməsinə cavabdehdir;
  • Vəzifə öhdəliklərinin icrasında əsas direktorın göstrişlərini  və Qrup standartlarını  əsas götürür;
  • Görülən işlər ilə əlaqədar bir çox sahələrdə dərin biliklərə sahib olmalıdır. Rəqiblər, bazar və makro iqtisadi anlayışlara sahibdir;
  • Rəhbərlik etdiyi şöbənin işini müsafirlərin ehtiyac və gözləmələrinə əsasən planlaşdırır;
  • Öz sahəsiylə əlaqədar bütün məhsul və xidmətlər haqqında ixtisas səviyyəsində malumatlara sahibdir;
  • Rəhbərlik etdiyi şöbənin büdcəsini təsdiq edir və ona uyğunluğunu təmin edir;
  • Otelin maksimum dolu olmasına cavabdehdir  və bununla əlaqədar tələb olunan tədbirləri həyata keçirir;
  • Otelə keçirilən  Satış və marketinq ilə əlaqədar görüşlərdə iştirak edir;
  • Satış və marketinq ilə əlaqəli büdcə, biznes plan,aylıq, illik fəaliyyət planlarının hazırlanmasına və təqib edilməsinə cavabdehdir;
  • Satış və marketinq strategiyası ilə əlaqədar şöbə daxili menecerlərin işini koordinasiya edir;
  • Otaq satışlarına nəzarət edir, Aksiyalar və Stop Sale qərarlarını verir;
  • Aylıq və illik Satış və Marketinq hesabatlarını və statistikalarını hazırlayır və periodik şöbə daxili və Otel rəhbərliyi ilə yığıncaqlar təşkil edir,
  • Ölkə daxili və xarici sərgilərdə iştirak edir, oteli təmsil edir və tələb olunan danışıqları həyata keçirdir;
  • Görülən işlərin arxivləşdirməsi  məqsədi ilə sənədləri hazırlayır;
  • Növbəti il  üçün strategiyaları planını hazırlayır, otel direktorı ilə razılaşdırır və ona uyğun xərəkət edir;
  • Növbəti il üçün otelin satış və marketing strategiyalarına uyğun müqavilələrin bağlanmasını təmin edir;
  • Tur agentliklər ilə işlərin aparılması məqsədi ilə Quba Palace  oteli üçün kataloqların,  bukletlərin hazırlanmasını təmin edir;
  • Agentliklərdə olan məlumatların düzgün olmasına və mütəmadi yenilınməsinə cavabdehdir;
  • Əməkdaşlıq etdiyimiz agentliklərdə Quba Palace oteli üzrə xidmətlərin dəyərləndirilməsini aparır;
  • Bütün çap olunan materialların dizaynı, çap olunmasına və paylaşmasına nəzarət edir;
  • Qazet və jurnallarda yerləşdirilən elanlara nəzarət edir;
  • Maliyyə şöbəsi ilə əlaqəli agentliklərin otelə olan borclarına nəzarət edir;
  • Hər ayın sonunda direktora satışlar barədə hesabat verir;
  • Rəhbərlik etdiyi şöbənin işçilərin iş planını tərtib edir və onun icrasına nəzarət edir;
  • Rəhbərlik etdiyi şöbənin işçilərinin zahiri görünüş və gigiyena qaydalarına əməl olunmasına nəzarət edir;
  • İşçilərin əməyin mühafizəsi qaydalarına əməl olunmasına nəzarət edir;
  • Digər otellər ilə etik qaydalara və şəffaflıq prinsiplərə əsasən əməkdaşlıq edir;
  • Sektor üzrə yeniliklərə sahib olmalıdır,  müxtəlif sərgilərdə, təlimlərdə iştirak etməlidir və məlumatları işçiləri ilə bölüşməlidir;
  • Müsafir şikayətlərini cavab verə biləcək ierarxiya quruluşuna görə və qonaq şikayətinin qiymətləndirmə proseduruna əsasən həll olunmasını təmin etməlidir;
  • Rəhbərlik etdiyi şöbənin yüksək müsafir məmnuniyyətini təmin olunması üçün təlimlər keçməlidir  və daim bu istiqamət üzrə işlər aparmalıdır;
  • Tabeçiliyinizdə olan işçilərin iş qaydalarına əsasən vəzifə öhdəliklərini yerinə yetirilməsinə cavabdehdir və bunun üçün qərarlar vermək səlahiyyəti  var;
  • Tabeçiliyində olan işçilərin iş cədvəlini tərtib etmək  və işçilərin davamiyyətinə nəzarət edir;
  • Şöbənin büdcəsini tərdib etmək və ona nəzarət etmək;
  • Otelin direktoruna tələb olunan hesabatları və məlumatları vaxtında təqdim edir;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirir.

Namizədə tələblər:

  • Marketinq sahəsində 5 il müvafiq vəzifə üzrə iş təcrübəsinə malik olmalıdır;
  • İdarəetmə və qərarvermə qabiliyyətinə malik olmalıdır;
  • Stressə davamlı olmalıdır;
  • Keyfiyyətə və nəticəyə yönəlmə bacarığı;
  • İnam yaratma bacarığı;

Nəqliyyat və yataqxana ilə təmin olunma;

Azərbaycan Respublikası qanunvericiliyinə uyğun sənədləşmə;

Əmək haqqı: Qarşılıqlı razılaşma əsasında təyin olunacaq.

Vakansiyaya uyğun olan namizədlər CV-lərini e-mail ünvanına göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

Marketinq üzrə mütəxəssis

AZBADAM MMC Marketinq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azbadam MMC

08.04.2024 - Bakı

900₼
Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis)

Kontakt Home Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis) vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

08.04.2024 - Bakı