Qısa məzmun
166 Yükdaşıma və Logistika Satış üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Öhdəliklər:
- Bazarın araşdırılması yolu ilə yeni müştərilərin aşkar edilməsi, müştəri bazasının formalaşdırılması və potensial müştərilərlə işgüzar əlaqələrin qurulması;
- Şirkətin məhsullarına dair tanıtımlar edilməsi, müştərilərə müəssisə, mal və xidmətlər haqqında ətraflı məlumatların verilməsi;
- İşgüzar yazışmaların həyata keçirilməsi və korporativ danışıqların aparılması;
- Şirkət tərəfindən müəyyən edilmiş satış planının həyata keçirilməsi;
- Aylıq və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;
- Satışın yüksəldilməsi və satış prosesinin effektivləşdirilməsi ilə bağlı məsələlərdə fəal iştirak edilməsi.
Tələblər:
- Peşə və ya ali təhsil arzu olunandır;
- Sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Azərbaycan dilində səlis yazı və danışıq bacarığı (rus və ingilis dili bilikləri üstünlükdür);
- Moped, skuter, motosiklet və moto aksesuarları sahəsində satış təcrübəsi;
- Dinləmə və effektiv ünsiyyət bacarığı;
- İntizamlılıq və tez öyrənmə bacarığı.
İş şərtləri:
- İş qrafiki 6 günlük;
- Karyerada yüksəliş imkanı.
Müraciət:
Namizədlər mövzu hissəsinə “Satış üzrə mütəxəssis” qeyd edərək cv@166.az elekton ünvanına CV formalarını göndərə və ya https://hr.166.az/ saytına daxil olaraq qeydiyyatdan keçərək müraciət edə bilərlər.
Oxşar vakansiya siyahısı:
400 — 600 ₼
Parfümeriya üzrə satış təmsilçisiAzeriMed LLC Parfümeriya üzrə satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Satış Meneceri
BMY Caspian MMC Satış meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...