Qısa məzmun
Nyukond şirkətinə Satış üzrə operator vakansiyası üçün işçi tələb olunur .
Nyukond şirkəti HVAC ( isitmə, soyutma və havalandırma ) sahəsi üzrə fəaliyyət göstərir. Şirkətin əsas iş fəaliyyətini Mitsubishi Electric , AUX və Hann brendlərinin istehsalı olan kondisioner sistemləri üzrə avadanlıqların idxalı, satışı , quraşdırılması və servis xidmətləri təşkil edir .
İş barədə məlumat :
- İş , ofis daxilində , daxil olacaq telefon zənglərinin cavablandırılmasından , mallar və satış qiymətləri haqqında müştərilərin məlumatlandırılmasından , lazım gələrsə satışların həyata keçirilməsindən ibarət olacaq .
- Əmək haqqı rəsmi şəkildə, karta ödənilmək şərtilə 600 AZN-700 AZN təşkil edəcək . Satışlara görə əlavə bonus da veriləcək .
- İş qrafiki həftənin 6 günü , saat 9:00 – 19:00 aralığında olacaq . Bazar və bayram günləri iş günü olmayacaq.
Namizədə tələblər:
- Kondisioner sistemlərində istifadə olunacaq avadanlıq və materiallar haqqında ümumi bilik və məlumatlara sahib olmaqla yanaşı 1 illik iş təcrübəsi olmalıdır ;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi ilə yanaşı sənədləri tərtib etməyi bacarmalıdır;
- Exell , Word , 1C proqramlarında səlis işləməyi bacarmalı , texniki biliklərə sahib olmalıdır ;
- Təhsilli , məsuliyyətli, işə davamiyyətli, nizam-intizam qaydalarına riayət edən, Azərbaycan dilində səlis danışa və yaza bilən , kollektivlə işləmək bacarığı olan xanım namizədlərə üstünlük veriləcək .
- Rus və İngilis dillərində bilikləri olan namizədlərə də xüsusi üstünlük veriləcək .
- 25-35 yaş həddində olmalıdır ;
CV lər office@newcond.az və iazimov@newcond.az emaillərinə göndərilməlidir .
Oxşar vakansiya siyahısı:
Nero Print Satış meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
İnci Group Of Commpanies Satıcı vəzifəsi üzrə vakansiya elan edir. ...
AzeriMed LLC Parfümeriya üzrə satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
AzeriMed LLC Parfümeriya üzrə satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
AzəriMed QSC Tibbi Nümayəndə vəzifəsi üzrə vakansiya elan edir. ...
\Supertoys oyuncaq mağazasının Sədərəkdə yerləşən mağazasına satış təmsilçiləri tələb olunur. ...
Super Toys Korporativ Satış üzrə Mütəxəssis vəzifəsi üzrə akansiya elan edir. ...
Doğtaş Mebel MMC Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
189 Taxi Satış Aqenti vəzifəsi üzrə vakansiya elan edir. ...
Zuleykha Accessories dəbli aksessuar butikinə Satış Mütəxəssisi tələb olunur. ...