Qısa məzmun
Nyukond şirkətinə Satış üzrə operator vakansiyası üçün işçi tələb olunur .
Nyukond şirkəti HVAC ( isitmə, soyutma və havalandırma ) sahəsi üzrə fəaliyyət göstərir. Şirkətin əsas iş fəaliyyətini Mitsubishi Electric , AUX və Hann brendlərinin istehsalı olan kondisioner sistemləri üzrə avadanlıqların idxalı, satışı , quraşdırılması və servis xidmətləri təşkil edir .
İş barədə məlumat :
- İş , ofis daxilində , daxil olacaq telefon zənglərinin cavablandırılmasından , mallar və satış qiymətləri haqqında müştərilərin məlumatlandırılmasından , lazım gələrsə satışların həyata keçirilməsindən ibarət olacaq .
- Əmək haqqı rəsmi şəkildə, karta ödənilmək şərtilə 600 AZN-700 AZN təşkil edəcək . Satışlara görə əlavə bonus da veriləcək .
- İş qrafiki həftənin 6 günü , saat 9:00 – 19:00 aralığında olacaq . Bazar və bayram günləri iş günü olmayacaq.
Namizədə tələblər:
- Kondisioner sistemlərində istifadə olunacaq avadanlıq və materiallar haqqında ümumi bilik və məlumatlara sahib olmaqla yanaşı 1 illik iş təcrübəsi olmalıdır ;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi ilə yanaşı sənədləri tərtib etməyi bacarmalıdır;
- Exell , Word , 1C proqramlarında səlis işləməyi bacarmalı , texniki biliklərə sahib olmalıdır ;
- Təhsilli , məsuliyyətli, işə davamiyyətli, nizam-intizam qaydalarına riayət edən, Azərbaycan dilində səlis danışa və yaza bilən , kollektivlə işləmək bacarığı olan xanım namizədlərə üstünlük veriləcək .
- Rus və İngilis dillərində bilikləri olan namizədlərə də xüsusi üstünlük veriləcək .
- 25-35 yaş həddində olmalıdır ;
CV lər office@newcond.az və iazimov@newcond.az emaillərinə göndərilməlidir .
Oxşar vakansiya siyahısı:
AZ Dizayn Group Korporativ satış mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
AZ Dizayn Group Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Iceland Texnoloq vəzifəsi üzrə vakansiya elan edir. Nahar şirkət tərəfindən təmin olunur. ...
Iceland 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Nahar şirkət tərəfindən təmin olunur. ...
ABC-Pharm Məhsul üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir. ...
ABC-Pharm Regional OTC qrup üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir. ...
RAM Holding Satış Üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
ASADZADESANAN MMC Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Adore mağazalar şəbəkəi Satıcı məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir. ...
ADORE kompani Xəzinədar vəzifəsi üzrə vakansiya elan edir. ...