Qısa məzmun
Bonamed MMC şirkəti Estetik və Kosmetoloji cihazlarının satışı üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- Potensial müştərilər ilə əlaqə yaradaraq, onların şirkətə müştəri kimi cəlb edilməsini təmin etmək üçün bütün məhsul və xidmətlər haqqında məlumatın verilməsi və satışlarının təmin edilməsi;
- Yeni müştərilərin ofis daxili online olaraq axtarışı;
- Rəhbərlik tərəfindən hər ay təqdim edilmiş fərdi qaydada əks etdirilmiş hədəflərə çatması;
- Hədəflərə çatdığı təqdirdə əmək haqqından əlavə bonus sistemindən yararlanmaq imkanı;
- Məzmun, reklam və digər reklam vasitələri üçün səlis, aydın və inandırıcı mətnlər yazmaq;
- Fəaliyyəti haqqında rəhbərliyə günlük/həftəlik/aylıq hesabat verilməsi.
Namizədə Tələblər:
- Ali təhsil;
- Satış texnikaları ilə tanışlıq;
- Aktivlik, dürüstlük, ünsiyyətçillik və məsuliyyətlilik;
- Effektiv kommunikasiya və təqdimat bacarığı;
- Komandada işləmək bacarığı;
- Azərbaycan dilində səlis yazmaq və oxumaq bacarığı;
- Satış üzrə minimum 1 il iş təcrübəsi (Telesatış sahəsində iş təcrübəsi olanlara üstünlük verilir)
Şərtlər:
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən işə alınma;
- İş rejimi: 09:00-dan 18:00-dək;
- Həftənin 6 günü (Şənbə günü yarım iş günü);
- Bayramlar qeyri iş günü;
- Telefon danışıq xərclərinin şirkət tərəfindən ödənişi;
- Əmək haqqı 600 AZN + premiya (satış həcminə görə 1000-5000 azn)
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini cv@bonamed.az mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Estetik və Kosmetoloji cihazlarının satışı üzrə Mütəxəssis” qeyd etmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Ə/h razılaşma yolu ilə. İnci Group of Companies Bölgə Müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Dashyunu.az MMC Satış meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Sabah Group LLC Satış Məsləhətçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Sabah Group LLC Inzibati işlər üzrə administrator vəzifəsi üzrə vakansiya elan edir. ...
SUPERFON Satıcı vəzifəsi üzrə vakansiya elan edir. ...
KEPROSHOP” MMC-dəSatış üzrə məsləhətçi (Kosmetoloji məhsullar üzrə) tələb olunur. ...
Dashyunu.az MMC Satış meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Dashyunu.az MMC Satış meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...