Qısa məzmun
Ə/h 900-1200 AZN. Debet Uniform MMC Satış üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Satiş təcrübəsi mütləqdir.
İş barədə məlumat:
- Korporativ satış ilə bağlı bazar araşdırmalarının aparılması İnternet və digər media kanalları üzərindən potensial müştəri və tender axtarışı
- Potensial satış nöqtələri ola biləcək məntəqələrə ziyarət, ehtiyacların analizi
- Müştəri şirkətlərdən rəqiblər və qiymətləri haqqında informasiyaların alınması
- Rəqib fəaliyyətləri və kampaniyaları haqqında məlumatların əldə edilməsi və rəhbərliyə bildirilməsi
- Müştəri ilə görüşmələr və təqdimatların keçirilməsi
- Müştəri araşdırmalarından əldə olunan məlumatlar üzrə müştəri ziyarətlərinin planlanması
- Müştərilərlə zəng və ya email vasitəsi ilə ilkin əlaqənin qurulması və randevuların təyin olunması
- Müştəri ziyarəti, təqdimatın edilməsi və təkliflərin verilməsi
- Ziyarət nəticələrinin izlənilməsi
- Sifarişlərin icra olunması
- Müştəridən sifarişlərin qəbul olunması və sifarişlər üzrə mütəxəssisə ötürülməsi
- Qiymətlər və endirim şərtləri müəyyənləşdikdən sonra müştəriyə təklifin göndərilməsi
- Təklifin izlənilməsi və müştəri ilə razılaşdırılması
- Təklif əsasında müqavilənin hazırlanması və imzalatdırılması
- Maliyyə sənədlərinin müştəriyə göndərilməsi
- Müştəri ödəmələrinin izlənilməsi
- İş rejimi: 5 günlük iş həftəsi, saat 09.00-18.00, nahar vaxtı: 13.00-14.00
Namizədə tələblər:
- Korporativ satış sahəsində minimum 3 illik iş təcrübəsi
- B2B satış texnikaları üzrə nəzəri və praktiki biliklərə malik olmalı
- Rus və Azərbaycan dillərində səlis ünsiyyət bacarığı (İngilis dili üstünlük kimi qiymətləndirilir)
- MS Office proqramlarını yüksək səviyyədə bilməli
- Verilənlər bazası (DataBase) ilə iş təcrübəsi
- Məsuliyyətli, kollektivdə işləmək və yüksək səviyyədə ünsiyyət bacarığı
- İdarəetmə və liderlik bacarığı
- Məsuliyyətli və güclü analitik düşünmə bacarığı
- Müştəriyönümlü satış bacarığı
- Hər hansı bir malın rentabellik səviyyəsini asanlıqla təyin etmək və düzgün proqnoz vermək bacarığı
- Verilənlən bazası ilə (Data Base) iş bacarığının olması
Oxşar vakansiya siyahısı:
Satış meneceri
Uragan-Group Satış menceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Korporativ satış meneceri
Mətanət A Şirkətlər Qrupu Korporativ satış meneceri vəzfifəsi üzrə vakansiya elan edir. ...
Satış təmsilçisi- Fasad cəbhə sistemləri üzrə
Mətanət A Şirkətlər Qrupu Satış təmsilçisi- Fasad cəbhə sistemləri üzrə vəzifəsi üzrə vakansiya elan edir. ...
Satış təmsilçisi
Mətanət A Şirkətlər Qrupu Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...