Qısa məzmun
Ə/h 700 AZN + Bonus. Corn Processing Company Satış üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Excel proqramında işləmə bacarığı olmalıdır.
SATIŞ ÜZRƏ MÜTƏXƏSSİS
- İş yeri: BEGOC Biznes Mərkəzi (Zərifə Əliyeva 93, AZ1000)\
- İş vaxtı: I – V günlər 09:00 – 18:00
- Tabeçilik: Satış və Marketinq departamentinin müdiri
- Əmək haqqı: 700 AZN – dən başlayaraq + Rüblük bonuslar
İŞİN TƏSVİRİ
- Zavodun (qlükoza, fruktoza, nişasta) istehsal etdiyi əsas məhsulların qənnadı, ət, süd istehsalı və sənayə sahələrinə satışını həyata keçirmək;
- Yan məhsulların (qlüten, qarğıdalı özəyi, kəpəyi) fermalara və aqro-parklara satışını həyata keçirmək;
- Müştəri bazası yaratmaq, təhlil etmək və öyrənmək;
- Müştəri bazasının artırılması məqsədi ilə bazarın müntəzəm təhlilini aparmaq;
- Biznesin inkişafı üçün yerli alıcılarla sıx əlaqə qurmaq;
- Potensial alıcıları keyfiyyətli və maraqlı təkliflərlə cəlb etmək;
- Müntəzəm səfərlər, telefon zəngləri və e-poçt əlaqələri ilə yeni və mövcud müştərilərlə əlaqələr saxlamaq;
- Həftəlik, aylıq və illik hesabatların rəhbərliyə təqdim etmək;
- Yeni əlaqələr qurmaq üçün şirkətlərin və müştərilərin nümayəndələri ilə görüşlər keçirmək;
- Rəqiblərin bazarını müntəzəm olaraq araşdırmaq;
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR
- Müstəsna satış bacarıqları və sübut edilmiş satış təcrübəsi;
- Ali təhsil;
- Dil bilikləri (Azərbaycan dilində səlis danışıq, İngilis və Rus dillərini yüksək səviyyədə bilmək arzuolunandır);
- Office proqramlarında, xüsusi ilə Excell proqramında işləmə bacarığı;
- Müvafiq sahədə minimum 2 (iki) il iş təcrübəsi (aqro və qənnadi səhalərində təcrübəsi olanlara üstünlük veriləcək);
Göstərilən tələblərə cavab verən namizədlər öz CV – lərini 01.03.2020 – ci il tarixinədək hr@cpccom.az ünvanına göndərə bilərlər. (CV göndərərkən məktubun “Mövzu” (“Subject”, “Тема”) qismində vakansiyanın adını mütləq qeyd etməyiniz xahiş olunur, əks halda müraciətlərinizə baxılmayacaq)
Oxşar vakansiya siyahısı:
Uragan-Group Satış menceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Korporativ satış meneceri vəzfifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Satış təmsilçisi- Fasad cəbhə sistemləri üzrə vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...