Qısa məzmun
Ə/h 1500-2000 AZN. Naxçıvan Sement Zavodu MMC Satış üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir. Təqdimetmə bacarığı olmalıdır.
İş yeri Bakı şəhəri, Nizami rayonu, Əlişir Nəvai 17, AZ 1030
Əsas vəzifə və öhdəliklər:
- Satış və marketinq prosesinin planlaşdırılması və təşkil edilməsi
- Qiymət araşdırması, oxşar məhsulların bazar qiymətlərinin müəyyənləşdirilməsi və qiymət analizlərinin aparılması
- Rəqiblərin reklam və stimullaşdırıcı siyasətinin müəyyən olunması və rəqabət strategiyasının hazırlanması
- Satışın artırılması və müştəri bazasının genişləndirilməsi məqsədi ilə bazarın müntəzəm təhlilinin aparılması
- İllik satış planının hazırlanması – Müştərilərdən daxil olan sifarişlərin qəbul edilməsi, qeydiyyatı və təhlili
- Müəyyən edilmiş satış planı çərçivəsində müntəzəm olaraq həftəlik və aylıq hesabatların verilməsi
- Müştərilər ilə qarşılıqlı əlaqələrin qurulması, şikayətlərin idarə edilməsi
- Müştərinin sifarişinin çatdırılması mərhələlərinin izlənməsi və proses zamanı yaranan uyğunsuzluqların aradan qaldırılması
Namizədə qarşı tələblər:
- Ali təhsil (iqtisadiyyat, marketinq, kommeriya istiqamətləri üzrə)
- Müvafiq sahədə ən azı 5 il iş təcrübəsi
- Microsoft Office proqramları ilə işləmə qabiliyyəti
- Ünsiyyətcil, işə məsuliyyətli yanaşma, müştərilərlə xoş rəftar
- Təqdimetmə bacarığı
Təminatlar:
- Əmək haqqı (1500-2000 AZN + satışdan daxil olan vəsaitə bağlı premya)
- Tibbi sığorta
- İşin təşkili və həyata keçirilməsi ilə bağlı xərclər
Oxşar vakansiya siyahısı:
Marketinq meneceri
Saloğlu Fərdi Firması Marketinq meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Trade marketinq meneceri
Supertoys MMC Trade marketinq meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
900₼
Sosial Media MütəxəssisiRAM Solutions Sosial Media Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...