Satış üzrə menecer
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

ArchiCO MMC Satış üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
  • Müştəri portfelinin genişləndirilməsi üzrə işlərin aparılması, Şüşə üzrə görüşlərin keçirilməsi;
  • Yeni müştərilərlə uzunmüddətli münasibətlərin yaradılması və loyallığın artırılması üzrə işlərin aparılması;
  • Müştərilərilərin tələblərinin öyrənilməsi, təklif edilən xidmətlərin müştəri üçün vacibliyinin vurğulanması;
  • Gələcək iş birliyi aparılacaq şirkətlərlə bağlı proqnoz və planların hazırlanması
  • Marketinq tədbirlərində iştirak edilməsi

Namizəd barədə tələblər:

  • Ali təhsil;
  • Şüşə satışı üzrə təcrübə minimum 3 il;
  • Dil bilikləri: Azərbaycan və rus dili yüksək səviyyədə;
  • Təqdimat hazırlama və təqdimat keçirmək, müxtəlif dövrlər (günlük, həftəlik, aylıq, rüblük, illik) hesabatların aparılması
  • İdarəetmə qabiliyyəti
  • İşi planlamaq bacarığı
  • Strateji düşüncə bacarığı
  • Nəticə yönümlülük
  • Əlaqə qurmaq bacarığı
  • Aktiv dinləmə bacarığı
  • Müştərinin etibarını qazanmaq qabiliyyəti
  • Danışıqların idarə etmə qabiliyyəti
  • Müştəri bazası olan namizədlərə üstünlük verilir

Biz Sizə nə təklif edirik:

  • Peşəkar, mehriban komandada iş
  • Professional və maddi artım üçün perspektiv
  • Əmək haqqı 600 AZN + yüksək bonuslar

Şirkət- “Archi Glass” MMC Şüşə zavodu
İş yeri – Sumqayıt şəhəri

CV və tövsiyyə məktublarınızı hr@archico.az ünvanına “satış meneceri” başlığı ilə göndərməyiniz xahiş olunur

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan