Qısa məzmun
Ə/h 700-1000 AZN. EuroDoor Layihə meneceri vəzifəsi üzrə vakansiya elan edir. Mükəmməl ünsiyyət bacarıqları olmalıdır.
Əsas tələblər:
- Əmək haqqı 700-1000 +bonus
- Layihələri idarə etmə bacarığı (PMP və / və ya Prince 2 sertifikatı üstünlükdür)
- Telekom sahəsini yaxşı bilmək.
- Maliyyə, satınalma, logistika, hüquq prinsiplərini anlamaq.
- MS Office proqramlarını mükəmməl bilmək (özəlliklə də -S Project, MS Excel, MS Visio, MS Power Point)
- Azərbaycan və İngilis dillərini səlis bilmək
- Yüksək dərəcədə təşkilatçılıq bacarığı
- Təzyiq altında işləyə və işləri son təhvil vermə tarixinə qədər çatdıra bilmək.
- Hədəfləri yerinə yetirmək üçün maksimum dərəcədə sərbəst çalışa bilmək.
- Mübahisəli məsələləri idarə edə bilmək.
- Yüksək dərəcədə çevik və təşəbbüskar olmaq.
- Görüləcək işləri analiz edə və prioritetləri müəyyən edə bilmək.
- Liderlik bacarıqları.
- Mükəmməl ünsiyyət bacarıqları.
Vəzifələr:
- Layihələri biznes keys, planlama, icra və yekunlaşdırılması daxil, başlanğıcdan sona qədər tam olaraq idarə etmək.
- Verilən hədəf, vaxt və büdcə daxilində layihələri icra etmək. — Təqdimat mərhələsinə, layihə əsasnaməsinin və layihə planının hazırlanmasına, həmçinin icrasına, layihənin monitorinqi və bağlanmasına cavabdeh olmaq.
- Risklərin idarə edilməsi (riskləri planlaşdırma, qiymətləndirmə, nəzarət və azaltma)
- Təchizatçının fəaliyyətini əlaqələndirmək (satınalmanın planlaşdırılması, ASR, PO, CPA idarə edilməsi, büdcənin idarə edilməsi, icrası, maliyyə məsələlərinin icrasını izləmək, idarəetmə komitəsinin iclasının təşkil olunması və s.).
- Layihə resurslarını idarə etmək.
- Layihə iclasları üçün məsuliyyət daşımaq (Təqdimatların və status məlumatlarının hazırlanması, iclas gündəliyinin tərtib edilməsi məlumatların paylanması, sənədlərin vaxtında yenilənməsi, qeydlərin göndərilməsi)
- Lahiyənin gedişatını izləmək.
- GTTM prosesinin icrasına dəstək olmaq.
- Layihənin planlaşdırılması (məqsəd və vəzifələr, mərhələ və tədbirlərin ardıcıllığı)
- Layihənin idarə edilməsi ilə bağlı zəruri prosedurların və proseslərin hazırlanması
- Layihənin həyata keçirilməsi üçün tələb olunan resursların, iş bölgüsünün və müddətlərin müəyyənləşdirilməsi
- Planlaşdırma məqsədi ilə əlaqələrin təhlili, birlik və komanda ruhunun yaradılması
- Layihənin işçi qrupu ilə digər tərəflər arasında əlaqələndirmə üzrə fəaliyyətin təmin edilməsi
- Layihənin uğurla həyata keçirilməsi məqsədilə səlahiyyətli şəxslərin məlumatlandırılması
- Layihənin vaxtında, müvəffəqiyyətlə həyata keçirilməsi
- Keyfiyyət üzərində nəzarətin həyata keçirilmə
Əlaqə
E-MAIL: office@eurodoor.az
Web: www.eurodoor.az
Mobile: +994 50 254 56 67 Tel: +012 408 30 33
Oxşar vakansiya siyahısı:
Bokt “Falcon Finance” MMC Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Fərdi və komanda tərkibində işləmə qabiliyyəti olmalıdır. ...
Unibank Borcların təhlili üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...
“Az Protein Foods Group” MMC Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...