Qısa məzmun
Zəhmət-Ruzi MMC Satış üzrə analitik vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Aylıq və illik satış ilə bağlı analitik hesabatların hazırlanması və birbaşa rəhbərinə təqdim olunması;
- Satış dinamikasının mütəmadi izlənməsi və analizlərin aparılması;
- Qısa və uzun müddətli satış proqnozlarının hazırlanması və planlaşdırılması;
- Riyazi və statistik üsullardan istifadə edərək məlumatların təhlil olunması;
- Bazarın vəziyyətinin araşdırılması, məhsul və xidmətlərə olan tələb və təklifin daim öyrənilməsi; rəqabət mühitinin təhlil edilməsi;
- Böyük şəbəkələrlə üzləşmələrin təşkili
- Mövcud rutların optimallaşdırılması, təhlili və təftişi
- Satış ilə bağlı təqdimat, müqavilə və s. sənədlərin hazırlanması.
Namizədə tələblər:
- Təhsil: Ali (Mühasibatlıq, İqtisadiyyat və biznesin idarə edilməsi üzrə ali təhsil)
- İş təcrübəsi: 3-5 il müvafiq sahə və pərakəndə satış sahəsi üzrə təcrübə;
- Yaş həddi: 30-45;
- Dil biliyi: Azərbaycan, Rus, İngilis dili (arzuolunandır);
- Kompüter biliyi: 1C programı, Agent+, CRM, MS Office (Excel, Word, Outlook);
- Nəzəri biliklər:
- Bazar iqtisadiyyatı, sahibkarlıq və biznesin təşkili qaydaları;
- Bazarın analizi;
- Bazarın inkişafının qanunauyğunluğu və məhsul tələbatının formalaşdırılması barədə baza biliklər;
- Satış işinin təşkili və idarə edilməsi bacarığı;
- Komanda ilə işləmə bacarığı;
- Biznes etikası və biznes görünüşə sahib olmalıdır;
- Təmkinlilik, etibarlılıq, özünə inam;
- Aktiv, təşkilatçı, operativ çalışqan, nizam-intizamlı; bacarıqlı;
- Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirməlidir;
- Ezamiyyətlərə açıq olmalıdır.
İş şəraiti:
- Ofis Xırdalanda yerləşir
- 5 günlük iş həftəsi (6-cı gün iş vaxtı 09:00-14:00)
- İş vaxtı: 09:00 – 17:00
- Əmək haqqı: fix 700-900 AZN+ əmək haqqına yüksək məbləğli bonus (iş təcrübəsindən asılı olaraq müsahibə zamanı müəyyən ediləcək)
- Əmək Məcəlləsinə uyğun işə qəbul
Vakansiya ilə maraqlanan namizədlər işə müraciət anketlərini (CV) sevda.q@sab.az elektron ünvanına mövzu hissəsində “Satış üzrə analitik” qeyd etməklə göndərə bilərlər. Yalnız tələblərə cavab verən CV-lərə baxılacaqdır.
Oxşar vakansiya siyahısı:
Abşeron-Şərab ASC Merçendayzer vəzifəsi üzrə vakansiya elan edir. ...
AzəriMed Satış Nümayəndəsi vəzifəsi üzrə vakansiya elan edir. ...
AzəriMed QSC Tibbi Nümayəndə vəzifəsi üzrə vakansiya elan edir. ...
AzeriMed LLC Satış nümayəndəsi vəzifəsi üzrə vakansiya elan edir. ...
Aztelco Group MMC Korporativ Satış üzrə Mütəxəssis Vəzifəsi üzrə vakansiya elan edir. ...
BERC GROUP Korporativ satış şöbəsinin rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...
Zuleykha Accessories aksesuar mağazalar şəbəkəsi Satış Məsləhətçilərini işə qəbul edir. ...
189 Taxi Satış Aqenti vəzifəsi üzrə vakansiya elan edir. ...
AzeriMed LLC Məhsul üzrə menecer (Product manager) vəzifəsi üzrə vakansiya elan edir. ...
AzeriMed LLC Satış meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...