Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Dərs Evi Satış üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Komandada işləmə bacarığı vardır.
Tələblərimiz:
- Ali təhsil
- Müvafiq sahə üzrə minimum 1-3 il iş təcrübəsi
- Azərbaycan və rus dillərində yüksək səviyyədə bilik
- Microsoft office proqramlarında işləmə bacarığı
- Fikrini düzgün şəkildə izahetmə qabiliyyəti
- Səbrli və məsuliyyətli
- Mükəmməl yazılı və şifahi ünsiyyət və təqdimat bacarıqları
- Yaranan problemli situasiyaları təhlil və həll etmə qabiliyyəti
Əsas öhdəliklər:
- Fərdi satış planının/məqsədlərinin (KPI) yerinə yetirilməsi;
- Satış Departamentində müəyyən edilmiş iş proseslərinin və mexanizmlərin yerinə yetirilməsi;
- Dövri hesabatların aparılması;
- Debitor borclarının bağlanmasının təhlili və ona nəzarət;
- Pul vəsaitərinin geri qaytarılmasına nəzarət, müştərilərlə kommunikasiya;
- Əsas tərəfdaşlara/müştərilərə (key account) birbaşa satışların edilməsi;
- Satış həcminin artırılması üçün kompleks tədbirlərin təşkil edilməsi;
- Sənədləşmə prosesinin aparılması (müqavilələrin bağlanması, müqaviləyə əlavələrin və xitamların hazırlanması);
- Şirkətin məhsul və xidmətlərinin satışının artırılması;
- -irkətin xidmət və məhsulları haqqında məlumatın müştərilərə təqdim edilməsi;
- Yeni müştərilərin cəlb edilməsi (daxil olan sorğuların emalı, fəal müştəri axtarışı, danışıqların aparılması, müqavilələri bağlanması);
- Müştərilərin potensial tələblərinin aşkar edilməsi, yəni, müştərinin sorğusuna əsasən ona məhsulların və ya xidmətlərin təklif edilməsi;
- Toplanmış müştəri bazası ilə qarşılıqlı əlaqələrin qorunub saxlanması;
- Müştərilərin yeni xidmət və ya aksiyalar haqqında məlumatlandırılması;
- Müştərilərin müxtəlif testlərə, tədbirlərə və seminarlara qeydiyyatı və yönləndirilməsi;
- CRM, 1C və digər PT-da bütün uçot məlumatlarının düzgün aparılması.
Necə müraciət etməli:
Xahiş olunur rezümenizi məktubun “Satış üzrə mütəxəssis” qeyd etməklə talent@dersevi.az elektron poçt ünvanına göndərəsiniz.
Son tarix: 28.02.2021-ci il
Oxşar vakansiya siyahısı:
Satış meneceri
Uragan-Group Satış menceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Korporativ satış meneceri
Mətanət A Şirkətlər Qrupu Korporativ satış meneceri vəzfifəsi üzrə vakansiya elan edir. ...
Satış təmsilçisi- Fasad cəbhə sistemləri üzrə
Mətanət A Şirkətlər Qrupu Satış təmsilçisi- Fasad cəbhə sistemləri üzrə vəzifəsi üzrə vakansiya elan edir. ...
Satış təmsilçisi
Mətanət A Şirkətlər Qrupu Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...