Satış üzrə Menecer
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 1000 AZN. Times Consulting Satış üzrə Menecer vəzifəsi üzrə vakansiya elan edir. Nəqliyyat xidmətləri şirkət tərəfindən təşkil olunur.

Times Consulting reklam şirkətinə Satış üzrə Menecer tələb olunur.

Times Consulting 2007-ci ildən Azərbaycan Respublikasının ərazisidə fəaliyyət göstərən ən böyük indoor reklam şirkətidir. Əsas fəaliyyət reklam yerlərinin və reklam daşıyıcıların (billbordlar, laytbokslar və s.) satılmasıdır.

Əlavə olaraq reklamın istehsalı (kreativ və dizayn da daxil olmaqla) və marketinq xidmətlərin göstərilməsi ilə də məşğuldur. Şirkətə məxsus olan eksklyuziv satış nöqtələri var (alış-veriş və biznes mərkəzləri).

Əsas vəzifələr:

  • Satış meneceri şirkətin xidmətlərinin satışını həyata keçirir, yeni satış kanallarını araşdırıb tapılmasını, və satış bazarının araşdırılmasını təşkil edir.
  • Müştərilərlə əlaqə yaradıb onlarla danışıq aparır və əlaqələr qurur.
  • Satış həcmlərini qeydə alır və rəhbərliyə hesabat verir.
  • Müştərilər haqqında məlumat toplayır və onlarla əlaqə qurub əməkdaşlıq edir.
  • Satış bazarında reklama ehtiyacını təhlil edir, dəyərləndirir və satışını həyata keçirir.
  • Digər şöbələrlə sıx əlaqə saxlayaraq öz vəzifələrini həyata keçirir və onlardan dəstək alır.
  • Satışın yüksəldilməsi və satış prosesin effektivləşdirilməsi ilə bağlı məsələlərdə fəal iştirak edir və öz təkliflərini rəhbərliyə bildirir.
  • Müştəriyə daha çox məhsul almağa sövq edir.
  • Bazar, müştərilər, rəqiblər, onların yeni proyektləri və ideyaları haqqında müntəzəm olaraq informasiyaları toplayır, dəqiq və düzgün şəkildə Satış Direktoruna təqdim edir.
  • Şirkətin təbliğ olunması zəruri olan siyasətlərini müştəriyə layiqincə təbliğ edir və onların arzulanan şəkildə reallaşmasına nail olur.
  • Müştərini tam razı salan davranış nümayiş etdirir, onu lazımi informasiyalarla təmin edir və müştəri problemlərini dərhal Müştəri Xidmətləri şöbəsinə istiqamətləndirir.
  • Satış toplantılarında fəal iştirak edir, satışın daha effektiv həyata keçirilməsinə dair təklifləri irəli sürür.
  • Gündəlik fəaliyyəti ilə əlaqədar hesabatları vaxtlı-vaxtında təqdim edir.

Namizədlərə qarşı tələblər:

  • Ali təhsil;
  • “B to B” satışında (ideal olaraq reklam sahəsində) ən azı 1 il iş təcrübəsi;
  • “Soyuq satış” metodu ilə satışın həayata keçirilməsində təcrübə;
  • Müştəri bazası olan namizədlərə üstünlük verilir;
  • Azərbaycan və rus dillərinin sərbəst danışıq qabiliyyəti,
  • İngilis dilinin bilməsi üstünlük kimi qiymətləndirilir;
  • Yüksək səviyyəli ünsiyyət bacarıqları;
  • Təqdimetmə bacarıqları;
  • Dünya görüşü və biliyə həvəs;
  • Komandada işləmək bacarığı;
  • Çeviklik və tez öyrənmə bacarığı;
  • Stressə dözümlülük və gərgn qrafiklə işləmək bacarığı;
  • Kompüter bilikləri (MS Office).

Üstünlüklərimiz:

  • Gənc və şən kollektiv;
  • Şəhərin biznes mərkəzində müasir və dəbli ofis şəraiti;
  • Karyera qurulması imkanı;
  • Nahar şirkət tərəfindən təşkil olunur;
  • İşgüzar danışıqlar üçün telefon limiti
  • Nəqliyyat xidmətləri şirkət tərəfindən təşkil olunur
  • 5 günlük iş rejimi.

Əmək haqqı 1000 manat nəzərdə tutulub. Kandidatdan asılı olaraq müsahibə zamanı dəyişə bilər.

Xahiş edirik, məktubunuzun mövzu (Subject) hissəsində vakansiyanın adını qeyd edib CV-nizi hr@timesconsulting.az e-mail ünvanına göndərəsiniz.

Oxşar vakansiya siyahısı:

500 — 700 ₼
Satıcı Məsləhətçi

Sabah Group LLC Satış Məsləhətçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

SABAH GROUP MMC

18.04.2024 - Bakı

400₼
İnzibati işlər üzrə administrator

Sabah Group LLC Inzibati işlər üzrə administrator vəzifəsi üzrə vakansiya elan edir. ...

SABAH GROUP MMC

18.04.2024 - Bakı

Satıcı(bəy)

SUPERFON Satıcı vəzifəsi üzrə vakansiya elan edir. ...

Superfon

17.04.2024 - Xaçmaz

Satış məsləhətçisi

KEPROSHOP” MMC-dəSatış üzrə məsləhətçi (Kosmetoloji məhsullar üzrə) tələb olunur. ...

Kepro

08.04.2024 - Bakı

Satış Meneceri

Dashyunu.az MMC Satış meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Dashyunu.az MMC

02.04.2024 - Bakı

Satış Meneceri

Dashyunu.az MMC Satış meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Dashyunu.az MMC

01.04.2024 - Bakı

Satış Meneceri

Home School Satış meneceri üzrə vakansiya elan edir. Müştərilərlə işləmək qabiliyyəti olmalıdır. ...

Home School

27.03.2024 - Bakı

Nəzarətçi-operator

Abşeron-Şərab ASC Nəzarətçi-operator vəzifəsi üzrə vakansiya elan edir. ...

Abşeron-Şərab ASC

27.03.2024 - Bakı

600₼
Satış Mütəxəssisi

Bonamed MMC şirkəti Satış Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Bonamed MMC

19.03.2024 - Bakı