Satış üzrə Koordinator
vakansiya — 2026

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Baku Electronics LTD Ev əşyaları, qab-qacaq və tekstil satışı üzrə Koordinator vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə: Ev əşyaları, qab-qacaq və tekstil satışı üzrə Koordinator

Vəzifə öhdəlikləri:

  • Stok dövriyyəsinin mərkəzdən təqdim olunan prosedur və qaydalar əsasında icrasını təmin etmək
  • Şöbənin stok ehtiyatına maddi məsuliyyət daşımaq
  • Şöbənin stok sifarişinin vaxtında, tam və düzgün təmin olunmasını, qorunmasını, vitrində sərgilənməsini təmin etmək
  • Baş ofis tərəfindən təşkil olunan kampaniyalar və elanlar haqqında satış komandasını vaxtında məlumatlandırmaq və işlərin icrasına nəzarət etmək
  • Şöbə personalının bütün fəaliyyətini təşkil etmək və onları istiqamətləndirmək , işçiləri motivə etmək və Şöbədə komanda ruhunu qorumaq
  • Şöbənin performansı ilə bağlı bütün statistikaya sahib olmaq (həftə içi və həftə sonu bütün satışlar, satıcıların satış performanslarının müqayisəsi, müştəri sayma cihazı, ziyarətçi başına düşən satış və s.)

Tələblər:

  • Ali təhsil
  • Müvafiq sahədə 3-5 il təcrübə
  • Orta səviyyədə Excell, Word, Power Point biliyi
  • Rus və İngilis dil biliyi arzuolunandır

Namizədlər müvafiq təcrübə və keyfiyyətlərini əks etdirən CV-lərini (hr@bakuelectronics.az) elektron poçtuna göndərməlidir.
“Mövzu” bölümündə müraciət edilən vakansiyanın adı qeyd olunması mütləqdir.

Oxşar vakansiya siyahısı:

400 — 600 ₼
Parfümeriya üzrə satış təmsilçisi

AzeriMed LLC Parfümeriya üzrə satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

AzəriMed QSC

03.12.2025 - Bakı

Satış Meneceri

BMY Caspian MMC Satış meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

BMY Caspian MMC

03.12.2025 - Bakı