Qısa məzmun
Sinteks Group şirkəti Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir.
Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.
Vəzifənin rolu:
Bu vəzifənin rolu satışı həyata keçirmək və müştəri bazasını inkişaf etdirməkdir.
Vəzifə öhdəlikləri:
- Şirkət tərəfindən müəyyən edilmiş satış planını həyata keçirir
- İş əsnasında şirkətin peşəkar satış texnikasını öyrənir və effektiv şəkildə istifadə edir
- Satış zamanı şirkətin müştəri xidmətləri standartlarına uyğun xidmət göstərir
- “Total look” satışlarının ideyasını tətbiq edir
- Mağazada və anbarda məhsullların mövcudluğuna və çeşidlərinə dair məlumatları bilir
- Ticarət salonunun iş qrafikinə, şirkətin nizam-intizam qaydalarına riayət edir
- Şirkətə məxsus əmlaklarının qorunub saxlanılmasını təmin edir, talama təhlükəsi olduğu halda birbaşa rəhbərini məlumatlandırır
- Müştəri şəbəkəsini yaradır və inkişaf etdirir
Əsas tələblər:
Təhsil:
- Orta təhsil, Ali təhsil arzuolunandır
Təcrübə:
- Müvafiq satış sahəsində ən azı 1 il iş təcrübəsi
Professional Biliklər:
- Rus və İngilis dili bilikləri arzuolunandır
Professional Bacarıqlar və Kompetensiyalar:
- Ünsiyyət bacarıqları
- Satış bacarıqları
- Stressə davamlılıq
- Məsuliyyət
- Məqsədyönlülük
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Satış təmsilçisi” qeyd edərək elektron poçt ünvanına göndərə və ya bu nömrə ilə əlaqə saxlaya bilərlər: (051) 201-25-62.
Oxşar vakansiya siyahısı:
\Supertoys oyuncaq mağazasının Sədərəkdə yerləşən mağazasına satış təmsilçiləri tələb olunur. ...
Super Toys Korporativ Satış üzrə Mütəxəssis vəzifəsi üzrə akansiya elan edir. ...
Doğtaş Mebel MMC Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
189 Taxi Satış Aqenti vəzifəsi üzrə vakansiya elan edir. ...
Zuleykha Accessories dəbli aksessuar butikinə Satış Mütəxəssisi tələb olunur. ...