Qısa məzmun
PAY Group Satış təmsilçisi (Showroom) vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə üzrə əsas öhdəliklər:
- Məhsulların tanıtma işlərini təşkil etmək.
- Müştərilərlə rahat ünsiyyətin qurulması, mal və xidmətlər haqqında dolğun, ətraflı məlumatların verilməsi, suallarının əsaslandırılmış formada cavablandırılması, məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumat vermək.
- Müştəri ehtiyaclarını müəyyən etmək və müvafiq həlləri tövsiyə etmək.
- Məhsulları peşəkar və bilikli şəkildə müştərilərə təqdim etmək və izah etmək.
- Müsbət və peşəkar davranışla müştərilərə xidmət etmək.
- Səbr və anlayış göstərərək mövcud problemləri həll etmək.
- Müsbət biznes və müştəri əlaqələri qurmaq, inkişaf etdirmək və qoruyub saxlamaq.
- Məmnuniyyəti artırmaq üçün müştəri problemlərinin və şikayətlərinin həllini sürətlə icra etmək.
- Müəyyən edilmiş şirkət strategiyasına uyğun bir şəkildə çalışmaq.
Vəzifə üzrə əsas tələblər:
- Biznes, marketinq, iqtisadiyyat və ya əlaqəli sahədə Ali təhsil.
- Sərgi salonunda (Showroom) satış sahəsində təcrübə.
- Satış prosesini və dinamikasını başa düşmək.
- Effektiv dinləmə, yazılı və şifahi ünsiyyət bacarıqları.
- Mükəmməl şəxsiyyətlərarası bacarıqlar, o cümlədən həm müştərilər, həm də təchizatçılarla tez bir zamanda əlaqə qurmaq bacarığı.
- Word, Excel və Outlook daxil olmaqla Microsoft proqramlarından sərbəst istifadə bacarığı.
- Azərbaycan və Rus dilində sərbəst danışıq və yazı qabiliyyəti.
- Vakansiyaya həm bəy həm də xanım namizədlər müraciət edə bilər.
- Mebel və qapı satışı sahəsində təcrübəsi olanlara üstünlük veriləcək.
İş şəraiti:
- İş qrafiki: Həftənin 6 günü, 10:00-dan 19:00-dək.
- İstirahət günü: Bazar.
- Nahar şirkət tərəfindən təmin olunur.
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə.
- Əmək haqqı namizədin bilik və bacarıqlarına, şəxsi işgüzarlıq və peşəkarlıq səviyyəsinə əsasən müəyyən ediləcək.
Vakansiyanın adını Mövzu yerində qeyd etməklə, CV-nizi göndərə bilərsiniz.
QEYD: Tələblərə uyğun olmayan və mail-da “Mövzu” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV” – lərə baxılmayacaq.
Oxşar vakansiya siyahısı:
Satış meneceri
Uragan-Group Satış menceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Korporativ satış meneceri
Mətanət A Şirkətlər Qrupu Korporativ satış meneceri vəzfifəsi üzrə vakansiya elan edir. ...
Satış təmsilçisi- Fasad cəbhə sistemləri üzrə
Mətanət A Şirkətlər Qrupu Satış təmsilçisi- Fasad cəbhə sistemləri üzrə vəzifəsi üzrə vakansiya elan edir. ...
Satış təmsilçisi
Mətanət A Şirkətlər Qrupu Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...